YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı:YAP-ın rayon təşkilatlarında islahatlara ehtiyac var...

YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı:YAP-ın rayon təşkilatlarında islahatlara ehtiyac var... 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Məhəmməd Balaqdaşov bir sıra cinayətlərdə ittiham olunur.

Onun saxlanılmasından bir gün sonra isə YAP-ın Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, bir neçə gün öncə Gununsesi.info-nun “Mövlam Şıxəliyevin məşhur restoranının daha bir şəriki varmış – MÜSADİRƏYƏ GEDİR…” başlıqlı xəbərində sabiq MTN generalına məxsus məşhur “Çoban Bulağı” restoranının bir sahibi kimi Məhəmməd Balaqdaşovun adı çəkilirdir.

Məhəmməd Balaqadaşovun saxlanma səbəbi isə onun bir sıra korrupsiya cinayətlərində təqsirli bilinməsidir.

Saytımızın araşdırması zamanı sabiq YAP sədrinin PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrinin olması üzə çıxıb.

Xüsusi qeyd:YAP-ın bütün rayon təşkilatlarında islahatların aparılmasına ehtiyac var.Çünki YAP rayon təşkilatlarında PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrinin ola biləcəyi təşkilat sədirlərinin olma ehtimalı çox yüksəkdir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi