Yaşar Həşimovun timsalında Füzuli rayon Məhkəməsi:

Yaşar Həşimovun timsalında Füzuli rayon Məhkəməsi: “Ədalət mühakiməsini həyata keçirərkən qanunda nəzərdə tutulmamış...”

Məhkəmə sistemində islahatlara ciddi ehtiyacın olduğu heç kimə sirr deyil.

Artıq bu çağırışlar millət vəkillərinin dilindən də səsləndirilir. Bunun başlıca səbəbi isə əksəriyyət hakimlərin zaman-zaman qəbul etdikləri ədalətsiz qərarlardır. Qərəzli və təmənnalı qərarlar isə ictimai rəydə, saytlarda, sosial şəbəkələrdə müzakirə olunmaqla bərabər, ölkənin müstəqilliyini təhdid edir, iqtisadi sferanın, sahibkarlığın inkişafını da məhdudlaşdırır. Digər tərəfdən, cəmiyyətdə məhkəmənin nüfuzu və ona inam tam təmin edilmədən hakimlərin həqiqi qərəzsizliyinə və ədalətinə insanları inandırmaq çətindir. Təbii ki, burada hakimin qərəzsizliyi və ədalətliliyi üçün onun müstəqilliyi və mənəvi təmizliyi meyar olaraq dayanmasa, hələ neçə belə illər məhkəmə institutunun formalaşması vaxt alacaq.

Bu və ya digər ictimai münasibətlərdə roluna görə, məhkəmələrə inamı artırmaq üçün Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov birsıra təxirəsalınmaz qərarlar qəbul etməyə başlayıb. Belə ki, o Məhkəmə-Hüquq Şurasının sədri kimi hakimlərin çıxartdıqları qərarlardan olunan şikayətlərdə qərəzin, məhkəmə hüquq pozuntusunun qismən müəyyən edildiyi an töhmət, axrıncı xəbərdarlıq və ya hakimin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi üçün qərar qəbul edilməsindən çəkinmir. Artıq belə prinsipial mövqe ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasını mümkünləşdirir. Buna ümumilikdə bütün məhkəmələrdə nail olunmasa da, müsbət təmayüllü işartıları bir sıra rayon məhkəmə hakimlərinin qərarlarında müşahidə etmək mümkündür.

Məsələn, götürək adı bir neçə gün əvvəl bir sıra saytlarda tənqid olunan Füzuli rayon Məhkəməsinin hakimi Yaşar Həşimovu. O, 2019-cu ilin iyul ayında Füzuli rayon Məhkəsinə hakim təyin olunub. Bundan sonra Füzuli rayon Məhkəməsində sözün əsl mənasında ciddi irəliləyişlər baş verib. Bu cümləni havadan götürüb yazmırıq. Bunun doğru olub-olmadığını bütün mənalarda müəyyənləşdirmək üçün rayonda sorğu aparmaq yetərlidir. Yaşar Həşimovun ədalətli və qərəzsiz qərarları artıq hər bir rayon sakininin Füzuli rayon Məhkəməsinə inamını artırmağa başlayıb. Onun ədalət mühakiməsini həyata keçirərkən qanunda nəzərdə tutulmamış qeyri-prosessual münasibətlərdən kənar olması, öz peşə vəzifəsini vicdanla icra etməsi, icraatda olan işlərə vaxtında müstəqil şəkildə ədalətli və şəffaf baxması Yaşar Həşimova rayon əhalisi arasında böyük nüfüz qazandırıb. Ola bilsin, Yaşar Həşimov bunu kariyerasında Füzuli rayon Məhkəməsinin hakimi vəzifəsi ilə kifayətlənməmək üçün edir, amma fakt təkzibolunmaz dəlildir - Füzulidə əksəriyyət vətəndaşın ona hörməti var.

Məhz bu önəmli səbəb sözünü dediyindən, Füzuli rayon Məhkəməsinə müraciət edən əksəriyyət şəxsin istəyi odur ki, onun işi digər hakimin deyil, məhz  Yaşar Həşimovun icraatına verilsin, icraata daxil olan işə Yaşar Həşimovun sədrliyi ilə baxılsın. Görünür, bu onun göstəricisidir ki, artıq hakim Yaşar Həşimovun timsalında vətəndaş işinə ədalətli, qeyri-prosessual münasibətlərdən kənar, qanuni əsaslarla, tam şəffaf baxılacağına inanır və buna əmin olur.

 O da doğrudur ki, Yaşar Həşimov Füzuli rayon Məhkəməsinə təyin olunanmamışdan əvvəl həmin məhkəmədə qanunun pozuntularının sayı-hesabı yox idi, süründürməçilik və s. kimi hallara görə rayon sakinlərinin məhkəməyə inamı sarsılmışdı. Lakin artıq Füzuli rayon Məhkəməsi deyiləndə ora müraciət edən şəxs Yaşar Həşimovun simasında məhkəmə - hüquq sisteminə inanır və düşünür ki, onun işinə ədalətli, qərəzsiz, eyni zamanda vicdanla baxılacaq.

Nəzərə alsaq ki, hakim danışan qanun olaraq, arbitor rolunu oynayır, qəbul edək ki, onun ədalətli qərarları heç də həmişə hamının xoşuna gəlmir. Belə ki,işə baxılarkən əleyhinə qərar çıxmış tərəf(lər)dən biri narazı qalır. Bu təbiidir ki, çıxarılmış məhkəmə aktı hər iki tərəfin maraqlarını təmin edə bilməz. Belə olan halda tərəflərdən biri bəzən görürsən ki, sosial şəbəkələrdə,saytlarda qərəzli, birtərəfli mövqe nümayiş etdirərək ictimaiyyət arasında hakimin nüfuzuna xələl də gətirmiş olur. Amma hakimlərin qərarlarından olunan şikayətlərə Məhkəmə-Hüquq Şurasında baxılarkən çıxarılan obyektiv nəticə,istənilən halda məhkəmə-hüquq islahatını şaxələndirməklə, əvvəlkindən prinsipcə köklü şəkildə fərqlənən yeni hüquq sisteminin bərqərar olmasını tədricən də olsa təmin edir.

FUAD İSGƏNDƏROV

FAKTİNFO.AZ



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi