Yaşıllaşdırma Təsərrüfatı Birliyi bioloji inkişafda olan 9 şam ağacını kəsdi-

Yaşıllaşdırma Təsərrüfatı Birliyi bioloji inkişafda olan 9 şam ağacını kəsdi- Protokol tərtib edilməklə kifayətlənildi

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi şam ağaclarını kəsdiyinə görə cərimələnib.

 Faktinfo.az xəbər verir ki,bu barədə Report.az-a  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 78 və 90-92 nömrəli yaşayış binasının arxa hissəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayətin araşdırıldığını bildirib: 


 "Əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub. Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib".


Faktinfo.az xatırladır ki,yaşıllıqların qorunmasını,budanmasını,suvarılmasını  BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi  həyata keçirir.O cümlədən ağacların kəsilməməsinə bu təşkilat nəzarət edir.Belə məlum olur ki,şam ağaclarını ilk əvvəl Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin özündən qorumaq gərəkdir.Niyə? O səbəbdən ki,əvvəllər şəhərdə kim özünə bir obyekt yeri etməkdə şam ağaclarını maneə bilirdisə kəsirdi,indi buna bir o qədər ehtiyac duyulmur.Çünkü...hər halda,Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bioloji inkişafda olan 9 şam ağacını kəsməsindən müəyyənləşir.

   Faktinfo.az

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər