Yataqxanalar qəsdən yandırılır? - Komitə sədri
Təəssüf ki, bəzi hallarda yataqxanalarda yanğınlara müdaxilələr olur.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
“Mən demək istəmirəm ki, bu yanğınlar qəsdən, bilərəkdən törədilir. Yəni ehtiyatsızlıqdan baş verir. Naqillər həssasdır. Amma təbii ki, məcburi köçkünlər də özlərini qorumağı bacarmalıdır. Nəinki məcburi köçkünlər, digər insanlar da özlərini qorumağı bacarmalıdır. Daha da ehtiyatlı olmaq lazımdır. Hər bir yanğınla bağlı ekspertiza təyin olunur və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bəzi yanğın halları ilə bağlı artıq ekspertizaların rəyləri var”, - komitə sədri bildirib./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın