Yaxın vaxtlarda iki rayonun İcra başçısı dəyişdirilə bilər-

Yaxın vaxtlarda iki rayonun İcra başçısı dəyişdirilə bilər- Lənkəran və Kürdəmir rayonlarına rəhbərlik edən şəxslərə etimadın itdiyi bildirilir

Yaxın vaxtlarda bir sıra rayonların İcra Hakimiyyəti başçıları vəzifələrindən azad ediləcəyi gözlənilir.

Faktinfo.az-a daxil olan məlumatlara görə,bu sırada adı öndə gələn ilk iki şəxs- Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovdur.Bu da təsadüfi deyil.Belə ki, hər iki rayon rəhbərindən narazıların sayı getdikcə artmaqdadır.

Azərbaycan Respubilkasının Prezident Administrasiyasına,müxtəlif nazirliklərə,hüquq-mühafizə orqanlarına bu rayonlardan olunan şikayətlərin digər  bölgələrlə müqayisədə daha çox olduğu bildirilir.Hətta,iş o yerə çatıb ki, Lənkəran rayon sakinləri şikayət məktublarını qonşu rayonlarda olan poçtlar vasitəsilə Bakıya yola salırlar. Səbəb də məlumdur-Lənkərandan göndərilən məktubların ünvanına çatmasına əminlik yoxdur.

Bunlardan əlavə, hər iki rayonda müxtəlif vaxtlarda Hesablama Palatasının yoxlamaları zamanı  büdcə vəsaitlərinin mənimsənilməsinə  dair faktların  aşkarlanması ilə bağlı KİV-də yazılar verilib. Həmin faktlar da bir daha sübut edir ki, adıçəkilən rayon İcra Hakimiyyəti  başçılarının işdən kənarlaşdırılması  qaçılmazdır.Hazırkı şəraitdə yeni iş yerlərinin açılması,bu  rayonlara investisiya qoyulması  üçün iş adamlarının cəlb edilməsi, kənd təsərrüfatının inkişafına dəstəyin verilməsi kimi məsələlər  haqqında bəhs olunan şəxslərin işi deyil.

Belə vəziyyət isə indiki həss məqamda hakimiyyətin yuxarı dairələrini narahat etməyə bilməz.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi