Yeni binalarda yaşayan sakinlər təhlükədə: Su anbarları 10 illərlə yuyulmur
Mənzilimizə gələn suyun çirkli olduğunu görəndə dərhal "Azərsu" ASC-ni günahkar bilsək də, sən demə suyun keyfiyyətli verilməsi həm də MTK-lardan asılı imiş.
Bu günlərdə mətbuata açıqlama verən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbər Anar Cəbrayıllı MTK-ların anbarlarının illərdir yuyulmadığını, bunun suyun keyfiyyətinə ciddi təsir etdiyini bildirib.
Qurum səlahiyyətlisi qeyd edib ki, MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır. Onun sözlərinə görə, əks halda yeni tikili binaların anbarında suyun keyfiyyətinin pisləşmə halları müşahidə oluna bilir.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinə rəhbərlik edən Eldar Abdullayev isə Sputnik Azərbaycan-a bildirib ki, MTK- lar sahibkarlıq subyektidir. Ona görə Respublika GEM-inin həmin MTK-ların nəzdindəki anbarları yoxlaması mümkün deyil. Bunun üçün müvafiq icazə verilməliddir. Ancaq abonent şikayət etdiyi halda İqtisadiyyat Nazirliyinə yoxlama aparılması üçün müraciət edilə bilər.
E.Abdullayev onu da bildirib ki, yeni standartın tələbinə görə MTK-lar ildə bir dəfə su anbarını yudurtmalıdır. Əgər bunu etməyibsə, laborator müayinələr zamanı çirklənmə aşkarlanıbsa, İnzibati Xətalar Məcəlləsinin 265-ci maddəsinin 265.2 bəndinə əsasən "İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
GEM nümayəndəsinini sözlərinə görə, su anbarı yuyulmazsa,bu mikrobioloji çirklənməyə səbəb ola,nəticədə sudan istifadə edən abonentdə mədə-bağırsaq xəstəlikləri yarana bilər.
Bu xəbər üçün şərh yazın