Yeni nazir də Səlim Müslümov "ənənəsini" davam etdirir-

Yeni nazir də Səlim Müslümov "ənənəsini" davam etdirir- Aparat rəhbərinin bacısının əri direktor təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında təyinat olub. Modern.az-ın əldə etdiyi məlumata görə, İsmayıl İsrafilov Nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor təyin edilib.

Məlumatda bildirilir ki, İsmayıl İsrafilov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır.

Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti və təmir işlərinin vaxtında istifadəyə verilməsi, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədilə yaradılıb.

Müdiriyyətin fəaliyyətinə nəzarəti birbaşa Nazirlik həyata keçirir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi