"Yetim-yesirdən oğurlanan milyonlar hesabına sərvət quran “Azərlotereya”dan SƏDAQƏT gözləmək..."

"Yetim-yesirdən oğurlanan milyonlar hesabına sərvət quran “Azərlotereya”dan SƏDAQƏT gözləmək..." -Baş redaktor

“Azərlotereya” ASC-nin "Əmanətə sədaqət" layihəsi... maraqla qarşılanır. Bunu yerlərdə verilən reaksiyalardan da görmək olar. Artıq sosial şəbəkələrdə "Azərlotoreya"nın layihəsinin adı ilə bağlı ironik müzakirələr yer almaqdadır.
Bu mənada DİA.AZ-ın baş redaktoru Məhəmməd Ərsoy da "Azərlotoreya"nın yeni layihəsini aşağıdakı kimi şərh edib:

“Azərlotereya” ASC-nin ƏMANƏTƏ XƏYANƏTİ...


"Məncə hörmətli “Azərlotereya” rəhbərliyi layihələrinin adını təsadüfən seçməyib.
İlk olaraq əslində yaranan təəssürat ƏMANƏTƏ XƏYANƏTdir. Yəni hətta "Əmanətə sədaqət" deyiləndə belə ƏMANƏTƏ XƏYANƏT assosasiyası doğurur...
Və təsadüfi deyil... Hər halda, kimsə “Azərlotereya”dan sədaqət gözləmir.
Küçələrimizi qumarxanaya çevirib onsuz da kasıb olan əhalinin son ümidləri ilə də oynayan və nəticədə məhz yetim-yesirdən oğurlanan milyonlar hesabına sərvət quran “Azərlotereya”dan SƏDAQƏT gözləmək ağılsızlıqdır..."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi