Yetkinlik yaşına çatmayanları zorlayanların 15 ilədək həbs olunmasına dair layihə təsdiqlənib

Yetkinlik yaşına çatmayanları zorlayanların 15 ilədək həbs olunmasına dair layihə təsdiqlənib 

Deputatlar yetkinlik yaşına çatmayanları zorlayanların 15 ilədək həbs olunmasına razılıq veriblər.

Report.az xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin iclasında l oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dəyişikliklə zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə eyni əməllər - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbən olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihə l oxunuşda qəbul edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi