Yumurta kəskin bahalaşdı - bəzi yerlərdə 45-50 qəpiyə qədər qalxıb
Azərbaycanda bir müddət əvvəl yumurtanın limitlə satılması ilə bağlı məlumatlar yayılmışdı.
Satıcılar bahalaşma və qıtlığın qarşısını almaq üçün yumurtanı adambaşına 20 ədəd olmaqla satışa çıxarmışdılar.
Hazırda bu limit aradan qalxsa da, yumurtanın yüksələn satış qiyməti aşağı düşməyib.
Bununla bağlı araşdırma aparmaq üçün bir neçə marketə baş çəkilib. Məlum olub ki, marketlərdə broyler fabriklərində istehsal olunan yumurta bollaşıb. Amma broyler yumurtasından fərqli olaraq, hazırda fərdi təsərrüfatlarda istehsal edilən kənd yumurtasında qıtlıq müşahidə olunur. Ona görə də, bu yumurtanın qiyməti bəzi yerlərdə 45-50 qəpiyə qədər qalxıb. Broyler yumurtası isə 20-25 qəpiyə satılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın