Yumurtadan sonra başqa məhsullarda da qiymət artımı gözlənilir

Yumurtadan sonra başqa məhsullarda da qiymət artımı gözlənilir 

Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, yumurta qiymətlərində artım müşahidə olunur.

 Sosial şəbəkələrdə yumurtanın qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb. Marketlərdə əvvəl 9-10 qəpiyə satılan yumurta indi isə 14 qəpiyədir. Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev qiymətlərin qalxmasını təsdiqləyib.

 “Doğrudur, yumurtanın qiyməti 15 günə yaxındır qalxıb. Cəmi 1 və ya 2 qəpik artım olub. Bu da mövsümi xarakter daşıyır. Çünki tələbatı ödəyən yem və digər lazım olan məhsullar xaricdən idxal olunur. Onların da qiymətləri bahalaşıb”, - deyə A. Vəliyev bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi