Zaxarçenko belə öldürüldü – Partlayış anı
Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun öldürülməsi anının görüntüləri yayılıb.
Zaxarçenko bu il avqustun 31-də “Separ” restoranında törədilmiş partlayış zamanı ölüb.
“Rossiya-1” telekanalının “Youtube” kanalında yayımlanan 42 yaşlı Zaxarçenkonun ölümündən bir neçə dəqiqə öncəyə aid kadrlardan görünür ki, Zaxarçenkonun avtomobil karvanı “Separ” kafesinə yaxınlaşır. Mühafizə xidmətinin əməkdaşlarından biri əvvəl restorana daxil olaraq ətrafı nəzərdən keçirir. Bundan sonra A.Zaxarçenko cangüdənləri ilə daxil olur. Bi neçə saniyədən sonra partlayış baş verir.
Videoyazını təqdim edirik:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın