Ziyad Səmədzadə görüntü yaratdı- O,kiçik bir otaqda 5-10 nəfər qohum-qardaşı ilə "görüş" keçirdi- FOTOLAR
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən 4-cü dəfə deputatlığa namizəd,özünü buraxan Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabiq sədri Ziyad Səmədzadə təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşməkdən çəkinir.
Faktinfo.az-ın xəbərinə görə, deputatlığa namizəd bir neçə görüş keşirib,görüşlərə təlimatlandırılmış təhsil, "jEK", səhiyyə işçilərindən ibarət 15-20 şəxs göndərilib.Seçicilərlə açıq havada görüşməkdən çəkinən Ziyad Səmədzadə növbəti görüşünü 5-10 qohum-qardaşı ilə qapalı bir otaqda keçirib,söhbətləşiblər.
"Seyid cəddinə arxayın olan kimi",belə görünür ki,Ziyad Səmədzadə də ümidini Dairə Seçki Komissiyasına bağlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın