Ziyad Səmədzadə seçicini heçə sayır
Ziyalı sözünə güvənək" deyə-deyə seçicilərə etinasız yanaşan, hörmətsizlik edən akademik eyni hərəkəti qanunlara qarşı da sərgiləyir.
Gördüyünüz kimi, bu seçkiqabağı təşviqat materialı akademik deputat Ziyad Səmədzadəyə məxsusdur. Bir vaxtlar Mütəllibov hakimiyyəti zamanında Heydər Əliyevə qarşı hörmətsiz münasibətinə görə hakimiyyətdən kənarda saxlanılan, yalnız onun vəfatından sonra deputat seçilə bilən Ziyad Səmədzadənin qanunlara qarşı hörmətsizliyi əndazə bilmir. İki deputatlıq dönəmində seçicilərini bir dəfə də olsun yada salmayan, onlara qarşı etinasız yanaşan, hörmətsizlik edən "akademik" eyni hərəkəti qanunlara qarşı da sərgiləyir. Fikrimizi əsaslandırmadan öncə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 87.3.-cü maddəsini oxuculara təqdim edək: Seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır.
Ziyad Səmədzadənin seçki dairəsində yaydırdığı bu plakatında isə sözügedən maddənin bircə tələbinə belə, riayət olunmayıb. Akademik deputat özünü “Vor” kimi apararaq ölkə qanunlarını vecinə belə almır və sonra qanun yaradıcılığı işinə iddia edir. Qanunları heçə sayan adam qanunverici orqana yenidən üzv olmaq istəyir.
Faktinfo.az bildirir ki,məzlum kəndliləri,il ərzində pay torpağından 300-500 AZN pul qazana bilməyən torpaq sahiblərini vergiyə cəlb etməyə səsləyən bu adam, indi plakatının kimin tərəfindən sifariş verildiyini,plakatının hansı fiziki və ya hüquqi şəxs tərəfindən dərc edildiyini göstərməyib.Hər halda yuxarıda yazılanlardan belə başa düşülür.İndi özünüz fikirləşin...bizə ancaq bu barədə yazmaq düşür.
Qeyd: Ziyad Səmədzadə və onlarla namizədlərin, belə demək mümkünsə parlamentin buraxılmasına səs verib,sonra namizədliyini irəli sürən "deputatlar"ın seçiciləri ilə hansı səbəbdən görüşməmələrinin,Bakıda oturub seçki gününü gözləmələrinin səbəblərini yaxın günlərdə Faktinfo.az saytdan oxuya bilərsiniz.
Bu xəbər üçün şərh yazın