115 saylı poçt şöbəsində ciddi insident - “Rəis polisə şikayət edib”
“Bu gün “Azərpoçt”un 6 saylı poçt filialının 115 saylı poçt şöbəsində ciddi insident olub.”
Faktinfo.az xəbər verir ki, məlumatı AzPolitika.info-ya rabitə sektorunda məlumatlı şəxs bildirib.
Onun sözlərinə görə Binəqədi rayonu Abay küçəsi 99-da yerləşən poçt şöbəsinə 3 nəfər gələrək, şöbənin Anar adlı rəisi ilə dava ediblər. “O, polisə şikayət edərək həmin şəxslərin onu döydükdən sonra dövlətin 10 min manatadək pulunu apardıqlarını bildirib. Hazırda polis bu işi araşdırır”, – mənbə qeyd edib.
Qeyd edək ki, məlumat sayta iş günün sonunda daxil olduğundan poçt şöbəsi ilə əlaqə yaratmaq mümkün olmayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın