“12-13 sentyabr hadisələrində Fransanın əli olub” – “Fransadan gətirilən muzdlu döyüşçülər...”
“12-13 sentyabr tarixlərində Azərbaycan ilə Ermənistan arasında baş verən toqquşmalarda Fransa birbaşa iştirak edib”.
Bunu Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev “Press Klub”-un canlı efirində çıxış edərkən deyib.
Hüquşünas bildirib ki, Fransa erməni xüsusi təyinatlılarının hazırlanmasında və silahlandırılmasında yaxından iştirak edib: “Fransa bu məsələdə silah, texniki təchizatla bağlı Ermənistana yardım edib. Həmçinin Fransa kəşfiyyatı Azərbaycan ordusunun yerləşdiyi mövqeləri ermənilərə ötürüb. Hətta Fransadan gələn muzdlu döyüşçülər də bu hadisələrdə birbaşa iştirak ediblər. Bir sözlə son sərhəd hadisələrində təcavüzün əsas iştirakçısı Fransa olub”.
“Əminəm ki, Azərbaycan tərəfində bu barədə məlumatlar var. Sərhəddə baş verən hadisələrə görə, həlak olan hərbçilərin qanı Fransanın əlindədir. Biz bu məsələdə qətiyyən tərəddüdə yol verməməliyik. Fransa vaxtilə Afrikda etdiklərini indi Cənubi Qafaqazda təkrarlamağa çalışır”,- deyə o, bildirib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın