40 MİN DOLLARA(!) ÖZƏL ORTA TƏHSİL! - Azərbaycandakı bu məktəblərdə kimlərin övladları təhsil alır?
Azərbaycandakı minimum və orta əmək haqqı, əhalinin ümumi yaşayış səviyyəsi nəzərə alınsa, ölkəmizdə olduqca bahalı özəl orta məktəblərin mövcudluğu paradoks kimi görünür.
Lakin reallıq ondan ibarətdir ki, paytaxtımızda təhsil haqqı "at belində" olan qiymətlərə olan özəl məktəblər var və onların sayı heç də az deyil.
“AzPolitika.info” xəbər verir ki, mətbuatda və sosial şəbəkələrdə bir neçə özəl məktəbdə tələb olunan təhsil haqqı ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.
Bu məktəblərin adlarının əks olunduğu siyahıya illik orta təhsil haqqının 40 min ABŞ dolları(68 min manat), ibtidai təhsilin isə 11 min ABŞ dolları olduğu Azərbaycan Beynəlxalq Məktəbi başçılıq edir. Həmin siyahıdakı digər məktəblərdə də qiymətlər orta statistik azərbaycanlı üçün əlçatan deyil. Çünki çoxlarının yaşadığı mənzilin dəyəri həmin məktəblərdəki cəmi bir illik təhsilin qiymətindən ucuzdur. Belədə sual yaranır ki, həmin məktəblərdə təhsil alanlar kimlərin övladlarıdır?
Təəssüf ki, Azərbaycanda belə mövzularda jurnalist araşdırması aparmaq məlum səbəblərdən demək olar ki, mümkünsüzdür. Əgər belə bir araşdırma aparılsa, böyük ehtimalla məlum olar ki, övladları bu məktəblərdə təhsil alan şəxslərin hamısı olmasa da, əksəriyyəti iri və orta ranqlı məmurlar, eləcə də onların ətrafında olan, biznes strukturlarına rəhbərlik edən insanlardır. Və əslində, bu şəxslərin illik rəsmi gəlirləri heç həmin məktəblərə ödənilən təhsil haqqının yarısı qədər də deyil.
Odur ki, Azərbaycanda doğrudan da “kölgə iqtisadiyyatı”, məmur oliqarxiyası, “çirkli pullar”, korrupsiya və s. ilə mübarizə aparan strukturtlar varsa, bir zəhmət çəkib sözügedən məktəblərin valideyn kontingentinə nəzər salsınlar. Həmin məktəblərə ödənilən vəsaitlərin rəsmi mənbəyilə maraqlansınlar. Təbii ki, əgər buna cəsarətləri çatarsa...
Bəzi bahalı özəl məktəblərin siyahısını və onlarda tələb olunan təhsil haqlarını təqdim edirik. Bu siyahıya baxıb, nəticə çıxarmağı isə oxucuların ixtiyarına buraxırıq:
1.Azərbaycan Beynəlxalq Məktəbi (“TISA International School of Azerbaijan”):
Məktəbə hazırlıq 11 min ABŞ dolları.
1-9-cu siniflər üçün illik təhsil haqqı 34 min ABŞ dolları.
9-11 siniflər üçün təhsil haqqı təxminən 40 min ABŞ dolları.
2. Baku Oxford School:
İllik təhsil haqqı 15 500 manat.
3. ABC – Azərbaijan British College.İbtidai təhsil– 15 400 AZN
Orta təhsil– 16 400 AZN
4. Müasir Təhsil Kompleksi.
Azərbaycan bölməsi- 12 000 AZN
Xarici bölmə- 16 000 AZN
5. “XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi:
Azərbaycan bölməsi – 8000 AZN
Rus bölməsi- 10 000 AZN
İngilis dili bölməsi - 12 000 AZN
6. Sabis Sun İnternational School:
İbtidai təhsil - 11 500 AZN (əlavə olaraq, transfer üçün 775 AZN, Dərslik 460 Azn, məktəbli geyimi 400-500 AZN, qeydiyyat 1250 AZN)
Orta təhsil - 11 900 (əlavə olaraq, transfer üçün 775 AZN, Dərslik 930 Azn, məktəbli geyimi 400-500 AZN, qeydiyyat 1250 AZN)
7. Avropa Azərbaycan Məktəbi:
Məktəbəqədər hazırlıq – 7900 AZN
1-4-cü siniflər- 9950 AZN
5-9-cu siniflər– 12 000 AZN
10-11 siniflər- 14 000 AZN.
8. Xəzər Universitetinin “Dünya məktəbi”:
Azərbaycan, Rus bölmələri
1-9-cu siniflər- 7500 AZN
8-ci sinif- 8000 AZN
9-11-ci siniflər- 8500 AZN
İngilis dili bölməsi üçün
1-4-cü siniflər- 9500 AZ
5-9-cu siniflər- 11 000 AZN
İB Diplom Proqramı X-XI siniflər
Dünya məktəbinin şagirdləri üçün – 12 000 AZN
Digər məktəblərin şagirdləri üçün – 14 000 AZN
9. Oxbridge Academy:
1-6-cı siniflər- 6 500 USD
7-9-cu siniflər – 7 800 USD
10-11-ci siniflər – 9100 USD
12-13-cü siniflər – 11 700 USD
8. Baku modern school (MİL lisey)
Azərbaycan bölməsi:
1-4 siniflər- 8500 AZN
5-8 siniflər- 10 000 AZN
9-11 siniflər- 13 000 AZN
İngilis dili:
1-4 siniflər- 10 000 AZN
5-8 siniflər- 13 000 AZN
9-11 siniflər- 15 000 AZN
9. “Kaspi” liseyi
Azərbaycan bölməsi üçün
1-4- cü siniflər üçün 6500 AZN
5-11- ci siniflər üçün isə 7000 AZN
Rus bölməsi üçün
1-4- cü siniflər üçün 7200 AZN
5-8- ci siniflər üçün 7700 AZN
10 “İdrak ” liseyi
1-9- cu siniflər üçün – 7 000 manat
10-11-ci siniflər üçün – 8 500 manat
Sumqayıt filialında – 4 000 manat
Bu xəbər üçün şərh yazın