8 Noyabr Zəfər günü: Xalqın, dövlətin milli güc və birlik faktoru ...

8 Noyabr Zəfər günü: Xalqın, dövlətin milli güc və birlik faktoru ... 

Azərbaycan xalqını, Ali Baş Komandanı tarixi Zəfər münasibəti ilə təbrik edirəm. Bu bizim 30 illik vətən, torpaq, yurd həsrətimizin sonu idi.

  Bu qələbəni 30 il idi ki, gözləyirdik. Xalq olaraq 90-cı illərin əvvələrindəki hərbi uğursuzluğa, torpaqlarımızın 20 faizinin erməni tapdağında qalmasına görə böyük məyusluq yaşayırdıq. Bu 30 ildə hər il arzuladığımız Şuşada, Qarabağda, Kəlbəcərdə və digər torpaqlarımızda nəhəyat bayrağımızın dalğalanması idi. Nəhayət, 2020-ci ilin 27-i sentyabrında əks hücum əməliyyatı ilə başlanan Vətən müharibəsi Azərbaycan tarixinə Şanlı Zəfər kimi daxil oldu.İşğalçı, şovinist, faşist Ermənistan döyüş meydanında məğlub oldu. Ermənistan tərəfindən özləri haqqında uydurduğu “məğlubedilməzlik” kimi miflər sındırıdlı. Onların keçilməz adlandırdıqları “Ohanyan sədləri” bir neçə  dəqiqəyə yarıldı.Müzəffər əsgərlərimiz düşməni torpaqlarımızdan qovub çıxardı. Bu gün biz dünyada qalib bir xalq kimi başı dik, alnı açıq yaşayırıq. Tarixi qələbəmiz bizə bundan sonra daha böyük əzmlə və şövlqə vətənimimiz, torpağımız üçün çalışmağa həvəs verəcək”.

 

Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib. 


 Deputat hesab edir, Şuşada dalğalanan şanlı üçrəngli bayrağımız bizim üçün ən böyük qürurdur: “Azərbaycan dövləti özünün şanlı tarixinə 44 günlük vətən müharibəsindəki qələbə ilə daha möhtəşəm bir iz qoydu. Bu bundan sonra gələcək nəsillər üçün örnək olacaq ən şanlı bir mirasdır. Çünki biz qəhrəman xalqıq və əldə etdiyimiz qələbə babalarımızn ruhundan, canından, qanından gəlir. Şuşanı üz-üzə döyüşlə, az qala əlbəyaxa savaşla azad edən şanlı əsgər bizim qüruu ünvanımız, şərəf təcəssüməmizdir. Azərbaycan artıq qalib bir dövlər və xalq kimi dünya miqyasında da özünün layiqli mövqeyini durmadan möhkəmləndirir. Prezident Müzəffər Ali Baş Komandaının rəhbərliyi ilə əldə edilən Zəfər bundan sonra ölkəmizin sarsılmaz mövqeyinin, inkişaf strategiyamızın ana xəttini təşkil edəcək. Artıq azad Qarabağda bərpa-quruculuq işləri böyük sürətlə icra edilir. Qardaş Türkiyənin Vətən müharibəsinin ilk saatlarından Azarbaycanın yanında olduğu kimi indi də ölkəmizlə bərabər Qarabağda bərpa-quculuq işlərinə öz töhfəsini verir. Qardaş ölkə prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə azad olan ərazilərimizdə iki böyük hava limanının (Füzuli və Zəngilan Beynəlxalq Hava limanı) açılması orada atılan təməllər, icra edilən bərabar layihələr Azərbaycan-Türkiyə qardaşlığının təcəssümüdür”.

 

 Aqil Məmmədova görə, 8 Noyabr qələbəsi müasir Azərbaycan tarixinin şanlı səhifəsi olmaqla yanaşı, bizim bir xalq kimi heç vaxt işğal faktı ilə barışmayacağımızın ortaya qoyduğu prinsipiallıq idi: “Azərbaycan xalqı əzilmiş, miskin, əraziləri işğal edilmiş, şəhidlərinin qanı yerdə qalmış formada yaşaya, inkişaf edə bilməzdi. Bu qələbə bizim üçün qürur və mənəvi yüksəlişimiz üçün də başlıca prinsip kimi qəbul edilir. Biz xalq, dövlət kimi bundan sonra əbədi olaraq öz tarixi torpaqlarımızda xoşbəxt, firavan və təhlükəsiz şəraitdə yaşacayıq. Buna güclü, qüdrətli Azərbaycan dövləti tam təminat verir”.




8 Noyabr Zəfər günü: Xalqın, dövlətin milli güc və birlik faktoru ...
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi