ABŞ-ın Enerji İnformasiya Administrasiyası:"Qlobal neft istehlakı artacaq"

ABŞ-ın Enerji İnformasiya Administrasiyası:"Qlobal neft istehlakı artacaq" 

Bu il neft və digər maye yanacaqların qlobal istehlakı sutkada 98,46 milyon barrel olacaq.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, 2018-ci ildə isə qlobal istehlak gündəlik 100,08 milyon barrel təşkil edəcək.

Mayda neft və digər maye yanacaqların qlobal istehlakı sutkada 98,3 milyon barrel olub, 2018-cu ilin müvafiq ayında isə bu göstərici gündəlik 99,93 milyon barrel olacaq.

Neft və digər maye yanacaqların qlobal istehlakı 2016-cı ildə sutkada 96,92 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdə maye yanacaq istehlakı 2016-cı ildə sutkada 50,07 milyon barrel olub. Həmin ölkələrdə maye yanacaq istehlakı bu il sutkada 51,32 milyon barrelə, 2018-ci ildə isə gündəlik 52,58 milyon barrelə çatacaq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə isə maye yanacaq istehlakı 2016-cı ildə sutkada 46,85 milyon barrel təşkil edib. Cari ildə OECD üzrə maye yanacaq istehlakı sutkada 47,14 milyon barrel və 2018-ci ildə isə gündəlik 47,5 milyon barrel olacaq.

Faktinfo.az isə hesab edirki, bu açıqlamalar dünyada neftə dair tələb və təklif arasında ciddi fərq səbəbindən neftin qiymətini ucuzlaşdıracaq.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər