ABŞ-ın Suriyada yeni “qırmızı xətlər”i:Sərhəd bölgəsində xüsusi əməliyyatın məqsədi nə idi? - Təhlil

ABŞ-ın Suriyada yeni “qırmızı xətlər”i:Sərhəd bölgəsində xüsusi əməliyyatın məqsədi nə idi? - Təhlil 

ABŞ neçə illərdir ki, İordaniyada və Suriyanın cənub sərhədi boyunca üsyançılara təlim keçir.

Qreym Beyker

"Middle East Eye"

İranın dəstəklədiyi, Suriya hökumətinə yaxın milis konvoyuna ABŞ-ın hava hücumu sürətli və dəqiq idi. Onlar Suriyanın cənubunda "böyük şeytan"ın – ABŞ və koalisiya qüvvələrinin təlim verdiyi üsyançılarla mübarizəyə yollanırdı.

 İordaniya sərhədi yaxınlığındakı əl-Tanfdən bir neçə mil aralıda ABŞ liderliyindəki qüvvələrin Bəşər Əsədin tərəfdarlarını birbaşa və məqsədyönlü hədəfə alması ikinci dəfə baş verir və bu, prezident Donald Trampın rəhbrliyi ilə ABŞ-ın öz maraqlarını qorumağa hazır olduğunu göstərir.

ABŞ neçə illərdir ki, İordaniyada və Suriyanın cənub sərhədi boyunca üsyançılara təlim keçir.

Deyr əz-Zorda İŞİD-ə qarşı son həmləyə yönəlmiş proqramın intensivləşdirilши. Bu ərəfədə Suriyanın cənub sərhədləri daxilində ABŞ-ın nüfuz sahəsinin yaradılması Əsəd və İranı qorxmağa vadar edib.

Bu, Əsədin hərbi qüvvələri əleyhinə siyasətin sərtləşməsinin göstəricisi olmasa da, "MEE"-yə müsahibə vermiş analitiklər bildirir ki, həmin aksiya Suriya müharibəsində yeni kəskinləşmənin təməli ola bilər.

"Chatham House konsalting"in elmi işçisi Haid Haidin fikrincə, son aviahücum Trampın başçılığı ilə ABŞ üçün yeni "qırmızı xətt"in müəyyənləşməsi deməkdir. Xan Şeyxuna kimyəvi hücum sonrası Suriya aviabazasına qanadlı raketlərlə zərbə vurulması da həmin "xətlər"in Vaşinqton aynasında görünən əksidir.

"ABŞ öz "qırmızı xətlər"ində daha israrlı, müttəfiqlərini Dəməşq rejimindənı qorumaqda daha çox maraqlı olduğunu göstərir", – Haid bildirib. – Amma bu hücumların müntəzəm olub-olmayacağı aydın deyil. Bəlkə də bu, sadəcə "bura bizim sahəmizdir, yaxınlaşmayın" xəbərdarlığından başqa bir şey deyil. Odur ki, müxtəlif ssenarilər müxtəlif nəticələr doğuracaq". 

Haid bildirib ki, bu əraziyə ABŞ-ın təpkisi xüsusi bağlılıqla izah edilə bilər – əl-Tanf ABŞ və Britaniya xüsusi qüvvələrinin Suriya üsyançılarına təlim verdiyi bazadır.

"Bu sadəcə müttəfiqlərin qorunması yox, İran dəstəkli qrupların bazaya yaxınlaşması, həmin qüvvələr tərəfindən fiziki təhdidlə üzləşməyə gördədir", – deyə Haid bildirib.

Hücum ABŞ-ın Suriyanın cənubunda güclənməsinə İran tərəfindən təhdidlərdən sonra baş verib. Mayın əvvəlində ABŞ, İordaniya və müttəfiqləri "Eager Lion" kimi tanınan illik təlimlərə – "müharibə oyunu"na başladı. Ötən ay isə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı "Tabnak" informasiya agentliyi İordaniya sərhədində ABŞ-ın fəaliyyətlərinin "hücum hazırlıqları göstəricisi" olduğunu və buna İranın narahatlığını qeyd edib.

"Tabnak"ın başqa bir məqaləsində deyilirdi ki, Rusiya və İran hərbi rəsmiləri müdaxilə halında, Əsədə öz qüvvələrini göndərməyə hazır olduqları barədə məlumat veriblər.

H.Haid, Əsəd və Rusiyadan fərqli olaraq, Suriyanın cənubunda İranın öz xüsusi maraqlarının olduğunu bildirib. "Hizbullah" kimi milisləri və vəkalətnamələrini saxlamaq üçün Tehrana silah və təchizat naminə İraqdan Suriyaya uzanan quru dəhliz lazımdır.

"İran istəyir ki, uzunmüddətli təsirini təmin edə bilən güclü qeyri-dövlət strukturu-müttəfiq ilə zəif dövlət mövcud olsun. Bu, onun Livan modelidir: zəif dövlət üstəgəl "Hizbullah". İraqda da "Haşdi Şaabi" artıq Bağdad hökumətindən daha güclüdür".

"İran bölgədə quru təchizat xətti – İraqdan Suriyaya yolu davam etdirmək istəyir. ABŞ-ın Suriyanın cənubundada güclü təsiri bu xətti təhdid edir. Məhz buna görə bir çoxları deyir ki, əl-Tanf İranı dayandırma üzrə ABŞ-ın geniş strategiyasının bir hissəsidir"– deyə Haid əlavə edib.

Analitik deyib ki, bu ərazinin Tehranın təsirində olması və silah təchizatının pozulmaması üçün İran hərbi gərginliyi kəskinləşdirmək istəyində olacaq.

"Bəlkə də onlar Amerikanın təpkisini görmək üçün suyu bulandırmağa çalışacaq. Suriyada əvvəllər baş verən kimyəvi hücumlar zamanı amerikalılar heç nə etmədi. Onda Əl-Tanfdakı qüvvələr rusları və rejimi hədəf almışdı. Amma bundan sonra necə olacağı müəmmalıdır".

"Royal United Services İnstitute"un mütəxəssisi Castin Bronk başqa fərziyə irəli sürüb: al-Tanf hücumu daha geniş siyasətin göstəricisi deyil, karvana həmlə axtarışda olan bəzi şəxslər haqqında xüsusi kəşfiyyat məlumatına əsaslanan cavab idi.

"Bunu Əsəd rejiminə strateji mesaj saymaq olmaz. Karvandakı şəxslərin konkret hədəflərlə bağlı yerinə yetirməyə çalışdıqları vəzifəyə dair xüsusi informasiya vardı. Nəqliyyat vasitələri və oradakı şəxslərə zərbə də məhz buna görə endirilib".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər