
ABŞ İranla Hörmüz boğazının açılması üzrə razılıq əldə edə bilər
ABŞ-la İran arasında Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma bu gün və ya sabah əldə oluna bilər.
Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində deyib.
"İranlılarla danışıqlar aparırıq. Hörmüz boğazının açılması və münaqişədə daha normal vəziyyətə keçidlə bağlı bu gün və ya sabah razılıq əldə etmək ehtimalı var", - Bessent bildirib.
Onun sözlərinə görə, mümkün razılaşma Hörmüz boğazından kommersiya gəmilərinin sərbəst hərəkətini nəzərdə tutur.
"Bu, gəmiçiliyin sərbəstliyi olacaq", - ABŞ maliyyə naziri vurğulayıb.APA
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın