ABŞ neft ixracını 2 dəfə çoxaldıb
ABŞ 2018-ci ildə neft ixracını 2 dəfə çoxaldaraq gündə 2 milyon barelə çatdırıb.
TASS xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Energetika nazirliyinin İnformasiya idarəsi yayıb.
Məlumata əsasən, 2017-ci ildə amerikan neftinin ixracı gündə 1,2 milyon barel olubsa, 2018-ci ildə bu rəqəm 2 milyona çatıb.
Energetika nazirliyi bildirib ki, ötən il ABŞ nefti dünyanın 42 ölkəsinə ixrac edib. Əsas ixrac regionu Asiyadır.
ABŞ da neft ixracının artmasını hasilatın artması ilə bağlayırlar./ONA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın