ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır –Dollar 75 rubl olacaq?
Bir neçə aylıq sakitlikdən sonra ABŞ Rusiyaya qarşı sanksiyaların yeni mərhələsinə başlayır.
Faktinfo.az Fed.az-a istinadən xəbər verir ki, bu dəfə sanksiya zərbəsi Rusiyanın bank və enerji sektoruna, dövlət qiymətli kağızlarına, eləcə də gəmiçiqayırma və sıxılmış maye qaz biznesinə aid olacaq. Sanksiya siyahısında Rusiya prezidenti Putinə yaxın olan bir neçə şəxsin adı da var. Ekspertlər məsələnin ciddi olduğunu bildirirlər onların fikrincə, sanksiyalar nəticəsində Rusiyarublu dollar qarşısında yenidən zəifləyəcək və 75 rubl/dollar səviyyəsinə düşəcək.
Bununla bağlı qanun layihəsi artıq ABŞ parlamentinə çıxarılıb.
«Sanksiyalar və bu qanunda nəzərdə tutulan digər tədbirlər tarixdə ən sərt tədbirlərdən biridir. Bu addımlar Putinin ABŞ demokratiyasına zərər vurmaq cəhdinin nəticəsidir»-deyə qanun layihəsinin müəlliflərindən biri olan senator Lindsi Qrem bildirib.
ABŞ-ın yeni sanksiyaları
Əslində ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının tətbiq ediləcəyi gözlənilirdi. Özü də bunun hələ 2018-in noyabrında baş verəcəyi nəzərdə tutulurdu. Amma ötən il ABŞ konqresi bu məsələyə baxmağa vaxt tapmamışdı. İndi isə yeni sanksiyaların tətbiqi şübhə doğurmur.
Yeni sanksiyalar digər iqtisadi problemlərlə yanaşı Rusiya rublu üçün də zərbə olacaq. Artıq ekspertlər şübhə etmir ki, Rusiyada dollar azı 70 rubla qədər bahalaşacaq. «Fridom finans» şirkətinin analitiki Anastasiya Sosnova bildirir ki, xaricilərə Rusiya dövlət istiqrazlarının almaq qadağan edilsə (sanksiyalarla bu da var – FED.az), dolların 70-75 rubla qədər bahalaşmağını gözləmək olar. Yeri gəlmişkən, fevralın 13-də birja hərraclarının sonunda dollar 5 qəpik ucuzlaşaraq 65,84 rubl, avro isə 34 qəpik ucuzlaşaraq 74,31 rubl olub.
Amma sanksiyalar haqqında xəbər yayılandan sonra axşam hərraclarında dollar 63 qəpik bahalaşaraq 66,51 rubla, avro isə 25 qəpik bahalaşaraq 74,9 rubl olub.
Qeyd edək ki, ABŞ Senatında Rusiyanın dünyadakı demokratik institutlara müdaxiləsi və Ukraynaya qarşı təxribatları ilə əlaqədar bu ölkənin bank, enerji sektorlarına, borc kağızlarına, sıxılmış maye qazına (LNG), Putinə yaxın şəxslərə sanksiyaların tətbiqinə dair yeni qanun layihəsi hazırlanıb. Politoloq Şahin Cəfərli bildirir ki, layihənin həmmüəllifinin respublikaçıların ən nüfuzlu senatoru Lindsi Qrem (Lindsay Graham) olması onun qəbulu ehtimalını artırır: «Elə buna görə, xəbər yayılan kimi, rubl dollar və avro qarşısında ucuzlaşdı. Bundan başqa, ABŞ və Avropa Birliyi ötən ilin noyabrında Kerç boğazında Rusiyanın Ukrayna gəmilərinə hücumu ilə əlaqədar əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır».
Bu xəbər üçün şərh yazın