ABU DİPLOMU İLƏ DEPUTAT VƏ ALİM OLMAQ?! – Salahzadənin qeyri-adi “uğurlarının” sirri...
Deputat Eldəniz Səlimovun ətrafında baş verən olaylardan sonra mətbuatda və sosial şəbəkələrdə xüsusilə 2020-ci ilin növbədənkənar parlament seçkilərində ilk dəfə seçilən millət vəkillərinin bioqrafiyası və aldıqları təhsil geniş araşdırma predmetinə çevrilib.
Bu zaman məlum olub ki, bir çox deputatlar ya Rusiyanın, ya Gürcüstanın və digər bu tip ölkələrin pulla diplom satan ali məktəblərini, ya da barəsində müxtəlif maddələrlə cinayət işi qaldırılmış Elşad Abdullayevin “Azərbaycan Beynəlxalq Universiteti”nin “məzunları” olublar.
Bu cür “mükəmməl” ali təhsil ocağını bitirmiş deputatlardan biri də parlamentdəki “Paşazadə fraksiyasının” (Deyilənə görə bu “fraksiyada” 8 deputat var. Onlar sırf QMİ rəhbərinin siyahısı əsasında mandat əldə edə biliblər -red.) üzvü Əliabbas Salahzadədir. Belə ki, Allahşükür Paşazadənin qudası, bir neçə çağırış Milli Məclisin üzvü olmuş Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə də Elşad Abdullayevin “Beynəlxalq Universitet”ini bitirib. 1995-ci ildə, yəni Elşad Abdullayevin “at oynatdığı” illərdə testdənkənar yolla (Həmin vaxt 200-300 dollara bu universitetin tələbə biletini əldə etmək mümkün idi-red.) “ali təhsilə” bu universitetdə qədəm qoyan və 1999-cu ildə oranı bitirən Q.Salahzadə, sonradan Azərbaycan reallıqlarının yaratdığı məlum imkanlar sayəsində yenə də testdənkənar yolla Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsinə qəbul olunub, 2002-ci ildə təhsilini başa vuraraq hüquqşünas ixtisasına yiyələnib. 2009-cu ildə isə, hətta “hüquq elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinə qədər yüksələ bilib. Yəni test yolu ilə heç olmasa 150-200 bal toplayıb, hansısa sınıq-salxaq bir fakültəyə daxil ola bilməyən bu gənc, necə olubsa, sonradan qeyri-adi savad və qabiliyyət qazanaraq, hətta alimlik dərəcəsi də ala bilib.
Bu deputatın təhsili kimi deputatlığa qədərki karyerası da maraqlıdır. Belə ki, 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən və təbii ki, mandat alan Ə.Salahzadə, 10 ilə yaxın müddətdə Sabunçu Rayon İcra Hakimiyyətində ortabab vəzifələrdə işləyib. Ancaq onun karyerasının ən maraqlı tərəflərindən biri hələ cəmi 21 yaşında Bilgəh Bələdiyyəsinin sədri vəzifəsini tutmasıdır. Sual yaranır ki, 21 yaşlı gənc Bilgəh kimi böyük yaşayış məntəqəsində qısa zamanda hansı işlər görüb, necə tanınıb ki, camaat bu cavan oğlanı bələdiyyə sədri seçib? Cavab çox sadədir – Ə.Salahzadə sadəcə, “varislik prinsipi” əsasında bu vəzifəni atası Qalib Salahzadədən (həmin vaxt deputat seçildiyi üçün) təhvil alıb. Ümumiyyətlə, belə görünür ki, Ə.Salahzadə istər bələdiyyə sədrliyinə, istərsə də deputatlıq mandatına məhz “varislik prinsipi” sayəsində yiyələnib.
Daha sonra hərbi xidmətdə olduğu üçün vəzifəsindən uzaqlaşmalı olan Ə.Salahzadə xidmət müddəti bitən kimi yenidən Bilgəh Bələdiyyəsinə sədr seçilib. Onun istər bələdiyyə sədrliyinə, istərsə də parlamentə necə seçildiyini ətraflı müzakirə etməyə, yəqin ki, dəyməz. Bunun ən yaxşı izahını 28 dəfə Həccə getmiş Hacı Qalib Salahzadə özü deputat olarkən Milli Məclisdə səsləndirmişdi: “Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır. Bu dəqiqə, elə bizim Sabunçu rayonunda bələdiyyələr hamısı seçilib, kim olacağı indidən bilinir, bu camaata da deyirlər ki, gəlin səs verin. Bunu deməyə mənim cürətim çatır. Bunu bütün deputatlar bilirlər...”
Cəlal Məmmədov
AzPolitika.info
Вот что известно о сбившей насмерть детей 18-летней россиянке
«С подачи американцев»: японцы в гневе из-за произошедшего на ОИУмопомрачительно: чиновники США опешили от требований ТихановскойЭкстренно прооперировали: с Соседовым 10 августа случилась беда в БелоруссииЧто творит одна горсть орехов каждый день: вы точно не зналиВолшебный рецепт сырников: вкуснее вы не пробовали«Сергей корчится от боли»: Соседову экстренно провели операциюВ России начались массовые рейды по квартирамЕвропа в удивлении от вакцины "Спутник V": австрийские СМИСпасти ваши суставы и хрящи не поздно в любом возрасте! Просто нужно перед сном...
Bu xəbər üçün şərh yazın