ADAU “Eko” kulubun üzvləri ekoloji monitorinq keçirib - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “Eko” kulubu ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər həmçinin müxtəlif ixtisaslardan olan tələbələrin bu sahəyə olan marağının artırılması məqsədilə silsilə tədbirlərə start verib.
Faktinfo.az-a verilən məlumata görə,bu məqsədlə ilk tədbir Universitetin Tədris-təcrübə təsərrüfatında Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Məşədi Hüseynov ilə birlikdə həyata keçirilib. “Eko” kulubun könüllüləri ilə birlikdə əkin sahələrinə baxış keçirilib, qiymətləndirmələr aparılıb.
Məşədi Hüseynov tələbələrə yaz qabağı əkinlərdə həyata keçirilən torpağın şumlanma prosesi, torpağın əkinə hazırlanması və bu zaman diqqət edilməli məqamlara aydınlıq gətirib.
Qeyd edək ki, “Eko” kulubun yaradılmasının məqsədi, dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyini diqqətə çatdırmaqdır.
Bu xəbər üçün şərh yazın