ADAU-nun müəllimi: "Saytlara müraciət göndərməmişəm,araşdırılmasını xahiş edirəm"

ADAU-nun müəllimi: "Saytlara müraciət göndərməmişəm,araşdırılmasını xahiş edirəm" 

"ADAU-nun Aqromühəndislik fakültəsinin bir qrup müəllimi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına , Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov cənabına ,eləcə də adımdan bir çox saytlara edilən müraciətin heç bir əsası yoxdu,yanlış məlumatdı.

Bu fikirləri Faktinfo.az saytına ADAU-nun "Ekologiya" kafedrasının müəllimi İzabella Qasımova bildirib.

İzabella Qasımova: " ADAU-nun "Aqromühəndislik" fakültəsinin bir qrup müəllimi adından saytlara edilən müraciəti mənim adımla göndərmək ədalət hissini itirməkdir,vicdansızlıqdır. Mənim "Ekologiya" kafedrasının  müəllimi kimi "Aqromühəndislik" fakültəsinə heç bir aidiyyatım yoxdu.Orada keçirilən və ya keçiriləcək dekan seçkiləri də məni maraqlandırmır,müəllim kimi öz işimlə məşğulam.Anar Hətəmov,Nemət Hacıyev,Elay Zeynallı barədə  saytlara göndərilən məlumatda qeyd edilən  fikirlər qərəzdən başqa bir şey deyil.Ümumiyyətlə saytlara hər hansı müraciət göndərməmişəm,sizdən də bu məsələni araşdırmağınızı xahiş edirəm."

ADAU-nun mətbat xidmətindən isə sayta bildirilib ki, Nemət Hacıyev "Aqromühəndislik" fakültəsinə keçirilən dekan seçkilərində namizəd deyil.O,namizədliyini əvvəldən geri götürüb.Yayılan məlumatlar universitetlə bağlı ortaya atılan növbəti uydurmadan başqa bir şey deyildir.

Qeyd edək ki,ADAU-nun "bir qrup müəllimi "ni əsas götürməklə "Ekologiya" kafedrasının müəllimi İzabella Qasımovanın adından saytlara müraciət göndərilib.Müraciətdə  qeyd edilir ki, "Aqromühəndislik" fakültəsinə dekan seçkiləri keçirilir. Dekan olmaq üçün namizəd Nemət Hacıyev universitetin prorektoru Anar Hətəmova 20000 manat rüşvət verib.Həmçinin Nemət Hacıyevə dekan olması üçün ADAU-nun tədris şöbəsinin müdiri Elay Zeynallı da köməklik göstərir.

Onu da xatırladaq ki,son aylar ADAU ilə bağlı saytlara müxtəlif şəxslərin adından göndərilən məlumatlar təsdiqlənmir.Universitet onun rəhbərliyi haqqında qərəzli məlumatlar bəzi saytlarda yer alır. Bu kimi məlumatların  saxta profillər üzərindən göndərilməsi müəyyən olunur.

Lətafət Orucqızı

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi