Adil Əliyev "pulyuyan maşın" ittihamına cavab verdi: “Özümü onların səviyyəsinə endirməyəcəm” - FOTO

Adil Əliyev "pulyuyan maşın" ittihamına cavab verdi: “Özümü onların səviyyəsinə endirməyəcəm” - FOTO 

Milli Məclisin sədr müavini Adil Əliyev barəsində səsləndirilən ittihamlara münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, A.Əliyev deyib ki, özünü onların səviyyəsinə endirməyəcək: “Görəsən bu yalanlara, hələ də inananlar var? Mən özümü bunların səviyyəsinə endirmiyəcəyəm. Həmişəki kimi səbrli olub, göydə Allaha, yedə də qanunlarımıza güvənib gözləyəcəm. Allah hər kəsi layiq bildiyi qədər dəyərləndirir”.

 

Qeyd: Sosial şəbəkədə səhifələrin birində qeyd olunub ki, Adil Əliyevə yaxın olan əslən iqdırlı (Türkiyə) Ufuk Kamal Azərbaycan hakimiyyətinin avropada olan hər kəsin görməzdən gəldiyi pul yuyan maşınıdır. Bu adamın almaniyada Azərbaycan xalqından oğurlanan milyonlar hesabına çoxlu sayda qızıl dükanları, evləri, villaları, otelləri belə var. Adam avropada hakimiyyətin ən çirkli işlərini həyata keçirir. Adam ölümündən tutmuş insan oğurluğuna qədər hər qələti edir. Siyasi aktivistlərə idmançılar vasitəsi ilə hədə qorxu gələrək onları prosesdən çəkindirməyə çalışır. Xalq olaraq, bizim yeyə bilmədiyimiz milyonları belələri yeməkdədir.

Adil Əliyev "pulyuyan maşın" ittihamına cavab verdi: “Özümü onların səviyyəsinə endirməyəcəm” - FOTO
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi