ADU-nun dekanı Vüsalə Ağabəyli Məlahət İbrahimqızının ittihamlarına cavab verdi-

ADU-nun dekanı Vüsalə Ağabəyli Məlahət İbrahimqızının ittihamlarına cavab verdi- Rektor- dekan davası pik həddə

Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə həmin ali təhsil ocağının dekanı Vüsalə Ağabəyli arasında baş verən qalmaqal, qarşılıqlı ittihamlar getdikcə böyüyür.

Hətta, dekan Vüsalə Ağabəyli Univerisitetdə baş verən hadisələrlə bağlı Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya da  məktub ünvanlayıb.Onun  ADU ətrafında baş verən qalmaqalla  bağlı rektoru müdafiə edən  deputat  Məlahət İbrahimqızının ittihamlarına belə  cavabı gecikməyib.

Faktinfo.az xəbər verir ki, o, BakuPost-a açıqlamasında deputatın dediklərindən təəccüblənmədiyini bildirib: "Deputat, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının "Partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur” kimi iradı həqiqət olmasa da, məndə təəccüb doğurmur”. 


Картинки по запросу Vüsalə Ağabəyli Dekanın fikrincə, bu, oxşar düşüncəni ifadə edən digər bir iddianı xatırladır: "ADU-nun  rektoru Kamal Abdulla da Universitetdə mənim dekan seçkilərimlə bağlı guya, belə bir seçkinin əslində olmaması ilə əlaqədar sənədlərimi saxtalaşdırmağa göstəriş verib.  İki il əvvəl YAP-ın ADU-dakı ilk ərazi təşkilatının sədri  universitetin Tərbiyə işləri üzrə prorektor  Ələddin Əliyev idi. Onun təqdimatı ilə YAP -ın iclasında universitetimizin YAP Qadınlar Şurasının sədri seçilmişəm. İndi hər iki şəxsə – həm Kamal Abdullaya, həm də Məlahət İbrahimqızına sual ünvanlamaq istəyirəm. Kamal müəllim, necə olur ki, siz dekan seçilməmiş bir şəxsə xeyli müddətdir maaş ödəyir, onun bütün rəsmi sənədləri dekan kimi imzalamasına göz yumurdunuz və bunlar barədə danışmaq indi yadınıza düşüb?  Məlahət xanım, nə üçün bu qədər vaxt ərzində siz Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının sədri olmamasına münasibət bildirmirdiniz? Mövcud olmadığını iddia etdiyiniz bu sədr, yəni mən – Vüsalə Ağabəyli dəfələrlə sizinlə görüşəndə, telefonla əlaqə saxlayanda niyə heç təəccüblənmirdiniz? Universitetdəki müxtəlif kafedraların müdirlərinin bir-bir çağırılaraq, fərqli üsullarla mənim əleyhimə yazmağa məcbur qoyulduqlarını bilirdim,  lakin Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri olan bir xanımın da bu sıraya qoşulacağını təsəvvür etməzdim. Çox maraqlıdır ki, Sərraf Hüseynovun nə vaxt və necə universitetin YAP sədri seçilməsini niyə heç birimiz xatırlamırıq? Sadəcə Kamal müəllim tərəfindən səslənən bir bəsit cümləni xatırlayıram: "Mən istəyirəm YAP-ın sədri Sərraf müəllim olsun”. Vəssalam, Məlahət xanım, "seçki” bu cür keçirilmiş, məsələ bitmişdir.  Sərraf müəllim həmin gündən etibarən, heç bir elmi dərəcəsi və elmi adı olmasa da,  həm YAP-ın universitet özəyinin sədri, həm də Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra etməyə başlayıb”.

V. Ağabəyli M. İbrahimqızının onun "Xural” qəzetində çalışmasını qabartmasına da toxunub: "Məlahət  İbrahimqızı illər öncə, tələbəlik dövrümdə qısa bir müddətdə "Xural” qəzetində sadəcə Mədəniyyət şöbəsində tərcüməçi-redaktor kimi fəaliyyət göstərməyimə xüsusi don geyindirməyə cəhd edir. Bir tələbə kimi mədəniyyət xəbərlərinin tərcüməçisi olmağımda hansı qəbahəti görürsünüz?”.

Xatırladaq ki, K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə töhmət verdiyini açıqlayıb. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırıb.

Onu da qeyd edək ki,bir neçə gündür müxtəlif saytlarda ADU-nun rektoru,akademik Kamal Abdullanı müdafiə edən yazılar yayımlanır,hətta deputatlar da bu kampaniyaya cəlb edilir.Təəssüf ki,həmin yazılarda açıq- aşkar tərəfkeşlik sezilir. 

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi