Ağdam rayon İcra Hakimiyyətinin başçısı nazirliyə məktub yazıb-

Ağdam rayon İcra Hakimiyyətinin başçısı nazirliyə məktub yazıb- Rayon təhsil şöbəsi yoxlanılır

Təhsil Nazirliyinin yoxlama briqadası Ağdam rayon Təhsil Şöbəsində geniş yoxlamalara başlayıb. Bu barədə məlumat Sözçü qəzetinin redaksiyasına Ağdam rayonundan daxil olub.

Məlumatada deyilir ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bir-birinin ardınca Təhsil Nazirliyinə iki məktubla müraciət edərək Ağdam rayon Təhsil Şöbəsinin fəaliyyətinin yoxlanılmaısnı tələb edib. İddiaya görə, birinci məktubla ikinci məktub arasında təxminən bir ay fərq olub. Rayonun başçısı Vaqif Həsənov birinci məktubunun nəticəsiz qaldığını görəndən sonra ,Təhsil nazirinə ikinci məktubla müraciət edib. Birinci məktubdan fərqli olaraq, ikinci məktubda Ağdam rayon Təhsil Şöbəsinin fəaliyyətindəki qanun pozuntuları və qüsurlar da yer alıb. İcra başçısının məktubunun mətni ilə tanış olan şəxsin verdiyi məlumata görə məktubda elə qeydlər yer alıb ki, məsələyə təhsil naziri laqeyd qala bilməyib. Eyni zamanda icra başçısının bu məsələni Prezident Adminstrasiyası səviyyəsinə qaldıra biləcəyi ilə bağlı ehamların da məktubda yer aldığı iddia olunur.

Məlumata görə, artıq iki həftəyə yaxındır ki, Təhsil Nazirliyinin yoxlama heyyəti Ağdam rayon Təhsil Şöbəsinin tabeçiliyində olan məktəblərdə geniş yoxlamalar həyata keçirir. İddiaya inansaq yoxlamaların hələ ilkin mərhələdə olmasına baxmayaraq artıq çox ciddi faktlar üzə çıxıb. Belə ki, Ağdam rayon Təhsil Şöbəsinin tabeçiliyində olan, ancaq Bakı şəhərində yerləşən köçkün məktəblərində köçkün olmayan çoxsaylı Bakı sakini olan şagirdlərin adı aşkarlanıb. Həmin məktəblilər isə bir qayda olaraq yuxarı sinif şagirdləridir. Bu hal bir qayda olaraq buraxılış sinifləri üzrə müşahidə olunduğundan həmin şagirdlərin 9 il təhsil aldıqları məktəbdən köçkün məktəbinə köçürülmələrinin  hansı məqəsədə xidmət etdiyini anlamağa imkan verir. Bu şagirlərin adları köçkün məktəbində qeyd olunsa da faktiki olaraq onların repetitorların yanına  getdiyini  müəyyən etmək çətin deyil. Məlumata görə, bu hal hər bir şagirdin valideyininə 1500-2000 min manata başa gəlir. İddiaya görə, Bakı şəhərində qeydiyyatda olan şagirdlərin adlarının paytaxtdan kənarda yerləşən köçkün məktəblərdə qeyd olunması kimi məqamlar da var. Bu vəziyyət eyni zamanda suni sinif saylarının artmasına, həmçinin büdcə vəsaitlərinin də talan olunmasına səbəb olur.

Qeyd edək ki, Ağdam rayon Təhsil Şöbəsinin müdiri  Mətanət Misirxanovanın adı koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin qaydalarını pozmaqda da halalnmışdı. O zaman Təhsil Şöbəsinin müdirəsinin Mətanət Misirxanovanın karantin qaydalarının pozulmaqla övladına xeyir məclisi düzənlədiyi ilə bağlı video  yayılmışdı. Məlumata görə, həmin hadisə Prezident Adminstrasiyasında böyük narazılıq doğurmuş, buna görə İcra başçısına xəbərdarlıq edilmiş,Təhsil Şöbəsinin müdirinə töhmət elan olunmuşdur.

Məlumatlı mənbə bildirir ki, aşkara çıxarılan məlumatlar ört-basdır edilməsə Təhsil Şöbəsinin müdiri  Mətanət Misirxanova mövqeyini qoruyub, saxlaya bilməyəcək. İcra başçısı Vaqif Həsənovun bu məsələdə qərarlı olması da Mətanət Misirxanovanın vəziyyətini ümidsiz edir. Ancaq buna baxmayaraq Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanovanın öz mövqelərini qorumağa çalışdığı da redaksiyamıza daxil olan məlumatların sırasında yer alır. Məlumata görə, Ağdam rayonunda güclü mövqeyə sahib olan bəzi məmurlar icra başçısı Vaqif Həsənovla görüşərək Mətanət Misirxanova ilə bağlı mövqeyini dəyişməsini istəyiblər. Həmin məmurlardan birinin də Ağdam Atçılıq Zavodunun ditektoru Maarif  Hüseynov olduğu haqqında məlumatlar var. Ağdam Atçılıq Zavodunun ditektoru Maarif  Hüseynov sabiq nazirlərdən birinin yaxın qohumu olmaqla yanaşı, hakimiyyət dairələrində geniş əlaqəyə malik şəxs kimi tanınır. İcra başçsı Vaqif Həsənovun Maarif Hüseynovla görüşünün nəticələri haqqında hələlik heç bir məlumat yoxdur. Ancaq istisna edilmir ki, vəziyyət Mətanət Misirxanovanın xeyrinə dəyişə bilər. Bu vəziyyətdən narahat olan Ağdam rayonun bəzi sakinləri icra başçısı Vaqif Həsənova müraciət edərək, aşkara çıxarılan qanun pozuntularının ört-basdır edilməsinə yol verməyəcəklərini bildiriblər. Məlumata görə, hətta bəzi sakinlər icra başçısı ilə söhbətdə sərt şəkildə Təhsil Şöbəsindəki qanunsuzluqlara bundan sonra göz yummayacaqlarını, buna təşəbbüs edənllərə qarşı da mübarizə aparacaqlarını bildiriblər.


Bütün bu məlumatları araşdırmağa çalışacağıq və yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Azad Aydın,
Sozcu.info


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi