AĞSTAFADAN HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN İŞÇİSİ MÜRACİƏT ETDİ- Cənab Prezident vətəndaşlarla sizi üz-üzə qoyurlar
Şikayətçi tərəfindən YouTubedə yerləşdirilən və ictimailəşdirilməsi üçün Faktinfo.az saytının elektron poçtuna göndərilən müraciətdə bildirilir ki,Ağstafa rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Muşviq Hüseynovun rəhbərliyi altında hüququ pozulub. Bunu iddia edən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini,Heydər Əliyev Mərkəzinin əməkdaşı Əyyubova Aygün Vidadi qızı bildirir ki,torpaqla bağlı problemi həll edilməmiş qalır.Probleminin həllinə nail olmaq istəyən Aygün Əyyubovanı isə polis bölməsinə aparıblar.
Daha ətraflı məlumat üçün videomüraciəti təqdim edirik:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın