Aliyə Mehdiyeva: Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqları günü həsrətlə gözləyir

Aliyə Mehdiyeva: Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqları günü həsrətlə gözləyir 

Vətən müharibəsinin böyük Zəfərlə bitməsindən və torpaqlarımızın azad edilməsindən iki ilə yaxın müddət ötüb. Ötən iki il ərzində görülmüş işlər Azərbaycanın gücünü və potensialını nümayiş etdirir.

Görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə qısa bir zamanda həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Dövlətimiz bütün gücünü səfərbər edib ki, qısa müddət ərzində Füzulini, Ağdamı və bütün başqa rayonlarımızı yenidən qursun, bərpa etsin. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur. Artıq Böyük Qayıdışın ilk addımları da atılıb.

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Böyük Qayıdış proqramı başlayıb.

 Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir. Bu cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir.

Dövlətimiz tərəfindən keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.

Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq.

İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.

Vətən müharibəsində qazanılmış Qələbə artıq yeni reallıqlar yaradıb. Azərbaycana olan maraqlar artıb. Çünki, Azərbaycan əməkdaşlığa açıq ölkədir. Ölkəmiz bütün qonşu dövlətlərə əməkdaşlıq platformasını təqdim edib. Cəmi iki il vaxt keçməsinə baxmayaraq, azad edilmiş ərazilərdə sürətli bərpa- quruculuq işləri gedir, iri infrastruktur layihələr reallaşdırılır. Bütün bunlar böyük maliyyə tələb edən işlərdir. Bəllidir ki, bu gün görülən işlərin sürəti və miqyası dövlətimizin gücünün və potensialının əsil göstəricisidir. Əminik ki, ölkəmizin səfərbər edilmiş gücü və potensialı sayəsində tezliklə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq, öz isti yuvalarına qovuşacaqlar.

Aliyə Mehdiyeva,

 Füzuli RİH Ərazi idarəetmə və yerli 

özünü idarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi