«ALLAH VAR!» – Komadan çıxan yazıçı Bıkov bəyan edib…
Komada olarkən yazıçı Dmitri Bıkov müəyyən edib ki, Allah var.
Həkimlər onun vəziyyətini «ağır» kimi qiymətləndiriblər və Bıkovu medikamentoz koma vəziyyətinə salıblar. Onun başına gələnləri isə tibb personalı xroniki xəstəliklə əlaqləndirib. Diaqnoz qoyulandan bir gün sonra Bıkovun halında müsbət dinamika başlayıb…
Aprelin 21-də yazıçı özünə gəlib və aşağıdakıları bəyan edib: «Mən, özümə gəldim. Xəbərlər var – yaxşı xəbərlər. Allah var!» – o, iki gün əvvəl «Exo Moskvı» radiosunun efirindən bildirib.
Bıkovun sözlərinə görə, «Allah var və O, əsasən dünyanı bəzəməklə məşğuldur».
Yazıçı onu da qeyd edib ki, belə şeyləri özü düşünüb tapa bilməzdi, belə fikirlər onun şüuraltısında olmayıb və bu «kəşf»i dərmanların kənar effektinin «ayağına yaza» bilməz./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın