Amerika istəsə, qaçmaram – Gülən

Amerika istəsə, qaçmaram – Gülən 

ABŞ hökuməti Ankaranın təklifini qəbul edib məni ekstradisiya etmək qərarına gələrsə, qaçmayacam.

Axar.az xəbər verir ki, bu sözləri “Röyter”ə müsahibəsində FETÖ lideri Fətullah Gülən deyib.

Fətullah Gülən Kanadada ərazi və toxunulmazlıq alması, həmin ölkəyə qaçacağı xəbərlərinə münasibət bildirib. Gülən ekstradisiya edilməmək üçün ABŞ-dan qaçaraq Kanadaya gedəcəyi barədə iddiaları yalanlayıb.

Xatırladaq ki, Gülən 15 iyulda Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin təşkilatçısıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi