Arpa biçini: Ağstafada məhsuldarlıq aşağıdır
Ötən il kiloqramı 50-55 qəpiyə satılan arpa bu il 70 qəpiyə qədər yüksələcək. Qiymət artımına səbəb məhsuldarlığın aşağı olmasıdır.
Bu barədə Faktinfo.az saytına Ağstafadan fermerin verdiyi məlumata görə, qonşu - Qazax, Tovuz, Şəmkir rayonlarında da məhsuldarlıq aşağıdır. Fermer: "Bölgələrdə fermerlərin bir-biri ilə əlaqələri genişdir. Arpa biçini demək olar, bütün rayonlarda yekunlaşıb. Ümumi mənzərə deməyə əsas verir ki, məhsuldarlıq istənilən səviyyədə deyil. Şəki, Bərdə, Beyləqan,Ağsu rayonlarında məhsuldarlıq qismən yaxşıdır. Görünən odur ki, bu il arpanın qiyməti azı 20 qəpik bahalaşacaq."
Qeyd edək ki, arpa dənli taxıl bitkisi kimi, əsasən, yem məqsədilə becərilir. Quşçuluq və heyvandarlıq sahəsində istifadə olunur.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın