“Artıq pulunuz var, verin əhaliyə...” – “Minimum əmək haqqını 500 manat edin”
“Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı qanun niyə qəbul edilmir?”
AzPolitika.info xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib. “Ölkə əhalisi bir fondun əlində qalmalı deyil. Bəlkə, əhali onun verdiyi güzəştlərlə qane deyil”, – deputat qeyd edib.
V.Əhmədov daha sonra şəhid və qazi ailələrinin problemlərini diqqətə çatdırıb. “Digər tərəfdən şəhid və qazi ailələrinə evlərin verilməsində problemlər var. Bakıda problem həll olunsa da, regionda hələ də qalmaqdadır. Şəhid ailələri evlə təmin olunmur. Nazirliyin bununla bağlı təcrübəsi var. Bu məsələyə diqqət daha da artırılmalıdır. Bu gün büdcədə niyə qalıq qalır? Qalığın qalmasının tərəfdarı deyiləm, işlədiyim vaxtda da demişəm. Pulu xərcləməyə veriblər. İndi minimum əmək haqqı 300 manatdır, bunu edin 500 manat, əhali normal dolansın. Artıq pulunuz da var, əhaliyə verilməsinin tərəfdarıyam”, – deyə millət vəkili vurğulayıb.
Bu xəbər üçün şərh yazın