"Asif Həsənov o qədər harınlayıb ki, artıq..." AĞSTAFADAN ŞİKAYƏT
Asif Həsənov: "Asif Həsənov o qədər harınlayıb ki, "Get, kimə istəyirsənsə şikayət et, sən haranın ...", deyə cavab verib"
Faktinfo.az xəbər verir ki, Hurriyyet.az-a telefon açan Ağstafa rayonu, Köçəsgər kənd sakini, 1967-ci il təvəllüdlü Üzeyir Yolçu oğlu Kərimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Ağstafa rayonunda yerləşən 27 saylı Yol İstismar MMC-nin baş mühasibi Asif Əkrəm oğlu Həsənovun qanunsuz əməllərə yol verdiyini bildirməklə yanaşı, onun tərəfindən təhqir olunduğunu da bildirib.
Belə ki, 27 saylı Yol İstismar MMC-də fəhlə kimi çalışdığını qeyd edən şikayətçinin sözlərinə görə, adıçəkilən MMC-nin baş mühasibi Asif Həsənov işçilərin əməkhaqqını heç bir tutarlı səbəb göstərmədən kəsir: "Asif Həsənov o qədər harınlayıb ki, artıq fəhləni təhqir etməkdən belə çəkinmir. O, bu gün səhər idarədə o qədər adamın içində şəxsən məni olmazın ifadələrlə təhqir etdi. Mənim əməkhaqqımı kəsdiyi üçün ona öz iradımı bildirdim və buna etiraz etdim. Baş mühasib isə əvəzində məni təhqir etdi. Onu da qeyd edim ki, biz hazırda Keşikçidağda işləyirik. Halbuki, bu, bizim idarənin işi deyil. Sadəcə, pula görə hamımız burda çalışırıq. Baş mühasib iyul ayında mənim 9 günümə 340 manat vurmuşdu. Bildirim ki, bunun aylıq maaşa heç bir aidiyyatı yoxdur. Keşikçidağda əziyyət çəkdiyimiz üçün bu məbləğ maaşımızın üstünə vurulur. Avqust ayında isə 11 günüm olduğu halda əməkhaqqımın üstünə 333 manat vurub".
Məhz bu səbəbdən də 27 saylı Yol İstismar MMC-nin baş mühasibinə iradını bildirdiyini deyən Asif Həsənov iddia edir ki, Asif Həsənov "Get, kimə istəyirsənsə şikayət et", deyə cavab verib: "Sonra dedi ki, sən haranın ... Buna görə də sabah mən onun barəsində həm Dövlət Təhlükəsizlik Xidmətinə, həm də prokurorluğa şikayət verəcəm. Həmçinin, sizin vasitənizlə müvafiq qurumlara müraciət edərək, onlardan üzləşdiyim haqsızlığa son qoyulması və məni təhqir edən baş mühasibin qanunamüvafiq formada cəzalandırılması istiqamətində zəruri addımlar atılmasını xahiş edirəm".
Bu xəbər üçün şərh yazın