Asim Mollazadəyə dəstək rəzaləti - “JEK” müdiri “seçicilərlə görüşü” çəkənlərə hücum edib -Video
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, beşinci dəfə deputat olmağa namizəd Asim Mollazadənin seçki kampaniyası üçün inzibati resursların cəlb olunduğuna dair sosial şəbəkələrdə video və fotomateriallar yayılıb.
Həmin görüntülərdən aydın olur ki, icra orqanları 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən namizədliyini irəli sürən A.Mollazadənin seçicilərlə görüşünə büdcə təşkilatlarının işçilərini, “JEK” işçilərini, məktəb müəllimlərini və s. cəlb edirlər.
Seçicilərlə görüş adı altında keçirilən tədbirə gətirilənlərin bir qismi ümumiyyətlə hansı namizədin görüşünə gəldiklərini belə bilmirlər. Nəsimi rayon 59 saylı “JEK”-in müdiri Ələsgər Rüstəmov olduğu deyilən şəxs isə bu biabırçılığı çəkənlərə hücum edərək, onlara hədə-qorxu gəlir.
Təəssüf ki, bu mənzərə bir çox digər dairələrdə də müşahidə olunmaqdadır.
22 saylı Nəsimi ikinci Seçki Dairəsindən çəkilmiş həmin kadrları təqdim edirik:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın