Avropada sosializmin işartıları görsənir-

Avropada sosializmin işartıları görsənir- “Niyə deputatlar, məmurlar bizdən qat-qat artıq maaş alır?"

Fransada hökumət yanacağın qiymətinin qaldırılması haqda qərarı ləğv etsə də, “Sarı jiletli”lərin ölkəboyu etiraz aksiyası davam edir.

Bu gün Parisdə toplanan aksiyaçılar bir neçə dəfə Prezident Sarayına doğru hərəkət etmək istəyib. Lakin paytaxt Parisin küçələrinə çıxarılan 10 minə yaxın polis və jandarma qüvvələri buna imkan verməyib.

Gün ərzində polis qüvvələri aksiyaya bir neçə dəfə sərt müdaxilə edib. Nəticədə təkçə bu gün ölkə üzrə 300-dən çox etirazçı həbs edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, etirazlara görə ölkəboyu 90 minə yaxın polis qüvvəsi səfərbər olunub: “Aksiya başlayandan bu günə qədər 700-dən çox etirazçı tutulub, onlardan 500-ə yaxını haqda cinayət işi açılıb”.

Hazırda ölkəboyu davam edən aksiyada etirazçılar hökumətdən yeni güzəştlər – maaş artımı və sair sosial haqlarını tələb edirlər: “Etirazçılar deyir ki, niyə deputatlar, məmurlar normal yaşayış şərtlərindən qat-qat yüksək maaş alır, ancaq  vergi yükü minimal şərtlərlə yaşayan xalqın üzərində qurulub?”.

Məlumata görə, bu gün günorta saatlarında ölkənin baş naziri Eduard Filipp bir qrup “Sarı jilet”lini qəbul edib və bu görüşdə aksiyanın dayandırılması, yuxarıda qeyd edilən maaş fərqləri, işsizlik, sosial layihələr, hökumətin borcu və sair məsələlər müzakirə olunub.

Məlumata görə, görüşdə tərəflə razılığa gələ bilməyiblər.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi