AXCP üzvləri cərimələndi

AXCP üzvləri cərimələndi 

Mayın 31-də Abşseron Rayon Məhkəməsində mayın 28-də Novxanıda Respublika Gününü qeyd edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərin məhkəmə prosesi keçirilib.

Adil Babayev, Nizami Abbasov, Ruslan Şərifov və Elşən Həsənov İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsinin (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) pozulmasında təqsirli bilərək, 300 manat məbləğinə cərimələndilər.

Nizami Abbasovun sözlərinə görə, o, tədbir zamanı heç bir qaydanı pozmayıb, əksinə polis yolu bağlayaraq vətəndaşlara keçməyi imkan vermirdilər. “Polis bizə kobudluq göstəəndə mən “Azərbaycan!” qışqırdım, həmin an polislər qollarımı arxadan burdular və onun nəticəsində əlimdən bayraq düşdü. Sonra məni polisə apardılar, barəmdə protokol tərtib etdilər. Bu gün isə etmədiyim hərəkətə göörə cərimələndim. Apellyasiya şikayətini verəcəm”.

Dünən, mayın 30-da Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu və AXCP-nın 3 üzvü də Abşeron Rayon Məhkəməsinin qərarı ilə 300 manat məbləğində cərimələnmişdir. /Turan

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər