Aygün Kazımova DTX-da işə düzəldi
Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin solisti təyin olunub.
Faktinfo.az xəbər verir ki, bu barədə aznews.az-a Aygün Kazımovanın mətbuat xidmətinin rəhbəri İsa Şükürov məlumat verib. Onun sözlərinə görə, sənətçiylə bağlı əmr bu gün verilib:
“Dövlət Təhlükəsizlik Xidmətindən dəvət gəldi. Aygün Kazımova da bu dəvəti qəbul elədi.”
Xalq artisti Aygün Kazımova “28 MAY – Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev də iştirak edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın