Azay Quliyevə qarşı daha bir ittiham

Azay Quliyevə qarşı daha bir ittiham -“SAİR XƏRCLƏR” adı altında milyonlar mənimsəyib

Bir neçə gün bundan öncə Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilərək balansında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təsis edildi.

İlk olaraq qeyd etməliyəm ki, olduqca mühüm sahədir. Sözdə deyil də əməldə Qeyri-Hökümət Təşkilatlarının inkişaf etdirilməsi, ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı hər bir ölkə üçün önəmli olmalıdır.

Heç kimə sirr deyil ki, bu günədək Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti ümumilikdə olduqca bərbad olmuşdur.

Gundeminfo.az xəbər verir ki, bu barədə siyasi fəal Ağasif Şakiroğlu sosial şəbəkədə yazıbş:

Onun yazdıqlarını olduğu kimi dərc edirik: Şəxsi münasibətlər zəmnində QHT-lərə pul (qrant) ayrılmalarını, təyinat üzrə QHT-lərə qrand yardımlarının doğru həyata keçirilməməsini, QHT-lərin əksəriyyətinin şəxsi münasibətlərlə yanaşı sosial şəbəkələrdə məlum şuranın sədri Azay Quliyevə yaltaqlıq (trolluq) etməsi hesabına almasını və bu yolla dövlətin QHT-lərin inkişafı üçün ayrılan milyonlarla manat vəsaitin talanmasını misal göstərmək olar.

Reallıq bundan ibarətdir ki, bu gün ölkəmizdə barmaqla sayılacaq qədər işlək QHT-lər mövcuddur. Qısası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin inkişafına xidmət etməli olduğu halda QHT-lərin məhv edilməsinə, yaltaqlığın öyrədilməsinə xidmət etmiş oldu. Təbii ki, QHT-lərin yox səviyyəsinə enməsində, korrupsiyaya bulaşmasında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin misilsiz “xidmətləri” oldu.

Təsəvvür edin 1 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində məlum olmuşdur ki, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 3 il - yəni 2017, 2018, 2019-cu illər üzrə 174.475 manat vəsait təyinatı üzrə xərclənməyib (və ya israfa yol verilib). Hesablama Palatası bu dövlət vəsaitinin büdcəyə bərpası haqqında qərar qəbul edib.

Bu təkcə 3 ilin yoxlamasıdır... Nəzərə alsaq ki, (2008-ci ildən bu günədək) hər il bu quruma dövlət büdcəsindən ortalama 6-7 milyon aralığında maddi vəsait ayrılıb və bu qurumda Hesablama Palatasının 2008-ci ildən bu günədək ilk belə yoxlamasıdır. Təsəvvür edin nə qədər vəsait şura sədri Azay Quliyevin rəhbərliyi ilə bu illər ərzində talanıb... Mən hələ “yerliçilik” prinsipi ilə QHT-lərə pul ayrılmasına heç toxunmuram...

Amma “SAİR XƏRCLƏRƏ” toxunmamaq olmur. Təsəvvür edirsinizmi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyi “SAİR XƏRCLƏR” adı altında nə qədər pullar mənimsəyiblər? Milyonlarla!
Faktiki olaraq Katibliyin ümumi xərclərinin yarıdan çoxu bu müəmmalı “sair xərclərə” sərf olunub.
Misal üçün:
-2018-ci ildə katibliyin 1 milyon 607 min 290 manatlıq büdcəsinin 1 milyon 163 min 478 manatı;
-2019-cu ildə 1 milyon 652 min manatın 985 min 536 manatı;
-2020-ci ildə 2 milyon 251 min 30 manatın 1 milyon 281 min 149 manatı bu “sair xərclər” adı altında yuyulub! Əcaba kimin tapşırığı ilə? Azay Quliyevin bu israf olunan, mənimsənilən pullardan xəbəri yoxdurmu?!
İndi yeni yaradılan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə də bu “sair xərclər” sevdalısı Azay Guliyev sədr təyin olunub... Əcabə nə üçün? Daha da yaxşı talaması üçünmü?!


Təsəvvür edin Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ölkədə ictimai nəzarəti həyata keçirməli olan qurumdur, amma bu qurumun sədrinin özünə ictimai nəzarət həyata keçirilməlidir...) Kim, kimə nəzarəti həyata keçirəcək? Dövlət büdcəsindən ayrılmış vəsaiti təyinatı üzrə xərcləməmiş, israfa yol vermiş, dağıtmış, “sair xərclər” adı altında mənimsəmiş biri ölkəmizdə ictimai nəzarəti həyata keçirməli olan quruma necə rəhbərlik edə bilər?
Əminəm ki, Azay Quliyevin də fəaliyyəti Vüqar Səfərlinin fəaliyyəti kimi (hər tərəfli) araşdırılacaq və bütün qanunsuz əməllərə hüquqi qiymət veriləcəkdir... 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi