AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ BÜDCƏ PULLARI HAVAYA SOVRULUR-

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ BÜDCƏ PULLARI HAVAYA SOVRULUR- "Kamal Abdullanın kimdən xoşu gəlmirsə işdən çıxarır”- İDDİA

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla təhsil ocağını bərbad vəziyyətə qoyub.

Faktinfo.az xəbər verir ki,bu barədə JAMAZ.info.az-a ADU-dakı adının çəkilməsini istəməyən mənbə bildirib.

Mənbə iddia edir ki, Kamal Abdulla ADU-ya rektor təyin ediləndən pozuculuq işləri ilə məşğul olur. “Büdcə pulları havaya sovrulur, kollektivə saymazyana münasibət göstərilir, Kamal Abdullanın kimdən xoşu gəlmirsə işdən çıxarır”, – deyə mənbə əlavə edib.

Məlumatlarda bildirilir ki, Kamal Abdulla vaxtilə Slavyan Universitetindən gətirdiyi Seyfəl adlı öz adamını kadrlar şöbəsinin müdiri təyin edərək müəyyən şərtlərlə işəgötürmə əməliyyatı keçirib. “Hətta Seyfəl müəllimin bir dəfə işə götürəcəyi aylarla get-gələ saldığı adamın 1-ci mərtəbədə koridorda səs-küyünün bu gün də ADU kollektivi şahididir”.

İndi həmin şəxsi Ağamusa Səfiyev adlı başqa bir nəfər əvəzləyir. Amma işəgötürmə ilə bağlı ənənənə dəyişməyib. Mənbə iddia edir ki, hazırda “tvütter” kimi kafedralara xeyli sayda işçi götürüblər. “Vəziyyət o həddə çatıb ki, müəllimlər illərdi işlədiyi kafedralarda otutmağa yer tapmayıb, ayaqüstə qalıblar”.

Azərbaycan Dillər Universitetində nələr baş verir?

Ağamusa Səfiyev 

Bildirilir ki, rektor bu əməlləri ört-basdır etmək üçün özünəməxsu şəkildə “islahatlara” başlayıb. Mənbənin sözlərinə görə, Kamal Abdulla işçilərə təyiq göstərərək, onları öz hesablarına məzuniyyətə çıxmağa məcbur edir.

Bundan başqa, ödənişli təhsil alan tələbələrin universitetə köçürdüyü pulların banklara tranfer olunduğunu iddia olunur. Məlumata görə, rektor həmin pulları maaş günündə 1 həftə sonraya yubadaraq faizləri mənimsəyir.

Kamal Abdullanın bütün bunları himayədarına güvənərək etdiyi bildirilir. Rektorun himayədarının kim olduğuna gəlincə, mənbə qeyd edib ki, həmin şəxs Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevdir. Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Kamal Abdullanın oğlunun kirvəsidir.

Mənbənin iddiasına görə, Kamal Abdulla Ramiz Mehdiyevə arxalandığını gizlətmir. “O universitetdə fəxrlə deyir ki, arxamda o boyda kişi dayanıb”.

Həmin məlumatda qeyd edilir ki, əgər Hesablama Palatası və Maliyyə Nazirliyi bu gün universitetdə yoxlama apararsa, maliyyə ilə bağlı necə dəhşətli vəziyyəti asanlıqla üzə çıxara bilər.

Bu əsnada, gələn son xəbərlərə görə, Kamal Abdulla yaxın vaxtlarda ADU-nun rektoru vəzifəsindən azad ediləcək. 
Hətta məlumatı verən mənbə əminliklə bildirib ki, indiyə qədər universitetdə rektorun yol verdiyi ciddi maliyyə pozuntuları nəticəsində dəymiş ziyanın ödənilməsi üçün ona sentyabr ayına qədər vaxt qoyulub.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün cəhdlərimiz baş tutmadı. Yazıda adı keçən şəxsləri də dinləmyə hazırıq.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər