Azərbaycan iqtisadiyyatının böyümə tempi açıqlandı

Azərbaycan iqtisadiyyatının böyümə tempi açıqlandı 

Bu ilin yanvar ayında Azərbaycanda 5 929,5 mln. manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2,9% çoxdur.

Son 1 ildə adambaşına düşən ÜDM –in dəyəri isə 2,1% artaraq 601,1 manata çatıb.

Hesabat dövründə ölkədə istehsal olunmuş əmtəə və xidmətlərin 57,4%-i və yaxud 3 405,4 mln. manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,7% çoxdur.

Ay ərzində sənaye məhsullarının istehsal dəyəri isə 3 769,7 mln. manat təşkil edib. Bu isə 1 il əvvəllə müqayisədə 3,4% çoxdur.

O cümlədən qeyri-neft sənayesi məhsullarının istehsal dəyəri 13,8% artaraq 846,8 mln. manata yüksəlib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər