Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC: 14 quyu qazılıb, 21 quyuda isə qazma işləri davam etdirilir

5 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

Faktinfo.az-a Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi Dilqəm Şərifov tərəfindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasından irəli gələrək Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb.

Atrıq 14 quyuda qazma işləri tamamlanıb, qalan 21 quyuda qazma işləri davam etdirilir.

Yaxın vaxtlarda həmin subartezian quyularında işlər tam yekunlaşdırılaraq istismara veriləcək.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi