Azərbaycan xam neft ixracını kəskin artırıb – Gəlirin azalmaması üçün
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2019-cu ilin Yanvar ayında Azərbaycandan 1 milyard 18 milyon 113 min dollar dəyərində 2 milyon 395 min 69 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac olunub.
2018-ci ilin yanvar ayında Azərbaycandan 874 milyon 821 min dollar dəyərində 1 milyard 811 milyon 648 ton xam neft ixrac olunmuşdu. Beləliklə, ötən ilin yanvar ayı ilə müqayisədə xam neft ixracı miqdar ifadəsində 32,2%, dəyər ifadəsində isə 16,4% artıb. Əgər miqdar ifadəsində artım olmasaydı, Azərbaycanın xam neft satışından ixrac gəliri azalardı.
Qeyd edək ki, Ötən ilin Oktyabr ayında 80 dolları keçən neftin qiyməti bu ilin yanvarında 60 dollar səviyyələrində olub. Azərbaycan gəlirinin daha çox azalmasının qarşısını almaq üçün xam neft ixracını artırıb. /“Marja”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın