Azərbaycanda müəllim həkim səhlənkarlığının qurbanı oldu
Samux rayonun Qiyaslı kənd orta məktəbinin fizika müəllimi vəfat edib.
Bununla bağlı Samux Rayon Təhsil Şöbəsi məlumat yayıb.
Bildirilib ki, İsmayılova Kifayət Asim qızı gənc yaşında ölüb.
Tanışları İsmayılova Kifayət Asim qızının həkim səhlənkarlığı səbəbindən rəhmətə getdiyini iddia edib:
“Bağırsağı partlayıb. Üç gün yatırıb deyiblər ki, heç nəyi yoxdur, evə buraxılacaq. Sonra halı pisləşəndə bildirilib ki, Bakıya aparmaq lazımdır, onların da başı çıxmayıb. Savadsız həkimlərin ucbatından gül kimi qız getdi”.Qafqazinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın