"AZƏRBAYCANDA RUSİYA KƏŞFİYYATINA SATILMIŞLARIN SAYI ÇOXDUR..." - "

"AZƏRBAYCANDA RUSİYA KƏŞFİYYATINA SATILMIŞLARIN SAYI ÇOXDUR..." - " Rus məktəblərinin sayının artması bu satqınları ruhlandırır"

“Rusiya Göbbels rolunu Mariya Zaxarovaya həvalə edib və onun ultimatumları...”

“Talibanın Kabulu tutmasından sonra Rusiya xarici siyasətini kifayət qədər aqressivləşdirib. Mərkəzi Asiya, Azərbaycan, Baltik ölkələri, İran, Ukrayna müstəqil ölkələrinə açıq aşkar təhdidedici mövqe tutub. Rusiya Hitler hökumətində Göbbels rolunu Mariya Zaxarovaya həvalə edib və onun ultimatumları bu dəqiqə zəncirni qırıb kimisə parçalayacaq təsirini bağışlayır”.

Bunu Azərbaycan Parlamentinin eks-spikeri Rəsul Quliyev özünün "facebook" səhifəsindən paylaşdığı yazıda deyib. 

Onun sözlərinə görə, Rusiya hətta Türkiyənin mövqeyinə də fikir vermir: Zaxarovanın axırıncı uıtimatumu: Biz Rusiya olaraq keçiriləcək Krım plotformasında iştirak edənlərlə xüsusi münasibət formalaşdıracağıq. Bu platformada iştirak edənlər Rusiyanın müstəqqilliyinə təhlükə doğurur və biz bu ölkələri Rusiyanın düşmənləri kimi qəbul edəcəyik”.

R. Quliyev sual edib ki, iqtisadiyatına görə dünyanın 10-cu yerində, neft və neft məhsulları (QAZ) nəzərə alınmasa 60-cı yerində dayanan Rusiya kimi hədələyir: “NATO-nun üzvü olan, dünyanın 2 və ya 3-cü ranqlı yerlərini tutmuş Avropa İttifaqını?! Ola bilər Göbbels də nəinki 1945-in yanvarında, hətta 1945-ci ilin martında Almaniyanın qələbə çalacağından danışırdı. Bu tipli ağıl sahiblərini sayaqlamaq üçün ortaya atıblar.

Məsələ ondadır ki, mən Putinin bütün çıxışlarına qulaq asıram. Çünki fikirləşirəm ki, ətrafından kimsə tapılacaq və ona, qərbi hədələməsinin heç bir əhəmiyyəti olmadığını izah edəcək.

Bu gün insan tələfatına getmək istəməyən NATO bir şey baş versə, Rusiyanı dağıtmaqdan çəkinməyəcək. ABŞ nüvə silahlı bomba atan təyyarələri Moskvanı viranəyə çevirər, heç o təyyarələrin birini də Rusiya vura bilməz. Son 10 ildə bir ABŞ təyyarəsinin vurulduğunu görsətsələr, mən sözümü geri götürərəm".

Rəsul Quliyev Azərbaycanda Rusiya kəşfiyyatına satılmışların sayının çox olduğunu iddia edib: "Azərbaycanda Rusiya kəşfiyyatına satılmışların sayı da istənilən ölkədən çoxdur. Rus məktəblərinin sayının artması sözsüz bu satqınları ruhlandırır və tezliklə qələbə çalacaqlarına inanırlar.

Ancaq bu xalqın dəmir kimi birləşmək qabiliyyətinin olduğunu unudurlar. Azərbaycanda bu rus agentlərinin sayını bizim kəşfiyyat bilməmiş olmaz. Onlar bunu heç gizlətmirlər və fəxr edirlər. Dünyada heç bir əhəmiyyəti olmayan rus dili öyrənməyin nə əhəmiyyəti ola bilər, bilmirəm. Bu dil Rusiyanın bazarlarında meyvə, göy-göyərti və başqa məişət şeyləri satmaq üçündür. 

Son müharibə azərbaycanlıların mərd və qorxmaz döyüşçülər olduğunu göstərdi. Ordunun zabitlərinin ön cəbhədə vuruşmaları və həlak olanların bir çoxunun zabit olduqları əsgərlərin əhval ruhiyyəsini qaldırıb. Qalib gələcəklərinə olan şübhələri aradan qaldırdı. Əgər müharibə istəmirsənsə müharibə etməyə həmişə hazır olmalısan nəzəriyyəsi bizim ordunun əsas devizi olmalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi