Azərbaycandan oğurlanan pullar hesabına gündəm oldu- Zamirə Hacıyevanın sərvətini üzə çıxaran şəxs mükafat aldı - FOTO
Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyini üzə çıxardığı üçün Böyük Britaniyanın Milli Cinayət Agentliyinin tədqiqatçısı (MCA) Nicola Bartlett beynəlxalq mükafata layiq görülüb.
Faktinfo.az xəbər verir ki,Unikal.org-un Britaniya KİV-nə istinadən məlumatına görə, Nicola Bartlett Zamirə Hacıyevanın Londonda sərvətini üzə çıxardığı üçün 14 illik "Keith Hughes" mükafatında fərdi kateqoriya üzrə qalib olub.
O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində araşdırma aparıb və Zamirə Hacıyevanın cinayətlərini üzə çıxarıb.
Qeyd edək ki, Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməz Sərvət Sərəncamının ilk hədəfi olan şəxs kimi tarixə düşüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın