Azərbaycanlı jurnalist koronavirusa yoluxdu-

Azərbaycanlı jurnalist koronavirusa yoluxdu- "Dad bilmə qabiliyyətimi itirmişəm"

ATV-nin Almaniya üzrə müxbiri Şahin Abbasov koronavirusa yoluxub.

Bu barədə Musavat.com məlumat yayıb.

“Mart ayının 11-də qızımın 15 yaşı tamam oldu. Martın 14-də qızım ad gününü dostları ilə kafedə keçirdi. Sonra qızım özünü pis hiss etməyə başladı, qızımın hərarəti çox yüksək deyildi, sonra dad bilmə qabiliyyətini itirdi. Qızımdan sonra mənim də səhhətim pisləşdi. Dünən axşam testin cavabı çıxdı, cavab pozitivdir. Mənə evdən çıxmamağı tapşırdılar. Könüllülər cəmiyyəti ehtiyacım olanları evimə çatdıracaq. Dad bilmə qabiliyyətimi itirmişəm. 9 gündür xəstəyəm, özümü qripə yoluxmuş insan kimi hiss edirəm. Ağır keçirmədiyim üçün xəstəxanaya yerləşdirilmədim. Mənə dərman yazmadılar. Dedilər ki, sitrus meyvələri yeyin, limonlu su için. Bəzən baş ağrılarıma görə ağrıkəsici içirəm”, - deyə Şahin Abbasov “Bizimləsən” verilişində bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi