“Azərnəşr”in yığılmış zərəri 6 milyon manatı keçib –Maliyyə hesabatı
“Azərbaycan” dövlət nəşriyyatının (“Azərnəşr”) cəmi aktivləri bu il yanvarın 1-nə 24,856 milyon manat təşkil edib.
Qurumun maliyyə hesabatına əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,55% azdır.
Hesabat dövründə “Azərnəşr”in cəmi öhdəlikləri 8% azalaraq 5,335 milyon manata, cəmi kapitalı isə 2,25% azalaraq 5,335 milyon manata düşüb.
Nəşriyyat ötən ili 449 min manat xalis zərərlə başa vurub. Bununla da, qurumun yığılmış zərəri 6,099 milyon manata çatıb.
Xatırladaq ki, “Azərnəşr” 1923-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,742 milyon manatdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın